Ümumi Psixologiya → Uşaq “kaprizləri”nin səbəbi nədir?
Uşagın hər istədiyini yerinə yetirmək və davranışlarına sərhəd qoymamaq nə qədər düzgündür sualına çox zaman fərqli cavablar alırıq.
Xüsusilə, öz uşaqlıqlarını maddi sıxıntı və təzyiq altında keçirən ana-atalar “Mən çox sıxıntılar gördüm, uşaqlarım sıxıntı çəkməsin, sərbəst böyüsün .” kimi sözlər deyib uşaqlarının hər istədiyini yerinə yetirərlər; davranışlarına sərhəd qoymurlar. Belə olduqda düşünürlər ki, uşaqların gözü doyacaq və onlar xoşbəxt olacaqlar. Amma gözlədiklərinin tam əksiylə qarşılaşırlar.
Belə ki, uşaqlarının gözlərinin doymadıqlarını, əilndəkilərin qiymətini bilmədiklərini, söz eşitməyən, məsuliyyətsiz olduqlarını və ətrafdakı insalara hörmət qoymadıqlarını şahidi olurlar. Zamanla bu münasibəti özlərinə qarşı da hiss etməli olurlar. Bu zaman da “onlardan heç bir şey əksik etmədim, Ardı »