Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaBir müvəffəqiyyətin tarixçəsi..

uğur psixologiyası → Bir müvəffəqiyyətin tarixçəsi...
Uzun illər Kanzas şəhərində bir gənc qəzetçi çəkdiyi karikaturaları satmaq istəyir.Ancaq bütün qəzetlər az qala bir ağızdan (bir az da kobud ifadə ilə) ona eyni şeyi deyirdilər: “Səndən karikaturaçı olmaz.Yaxşısı budur,bu sənəti unut!”Ancaq karikatura onun ən böyük xəyalını necə unuda bilərdi?Bir də o karikaturasını unutsa da ,karikatura onu unutmurdu...
Nəhayət,bir gün xeyriyyə cəmiyyətlərindən biri gənci işə qəbul etdi.Ancaq bunun üçün onun bir emaltxanaya ehtiyacı var idi.Beləliklə,gənc həm orda işləyə,həm də yaşaya bilərdi.
Çox keçmədi ki,cəmiyyət köhnə zirzəmilərindən birini ona verdi.Ancaq zirzəmi,sözün əsl mənasında,siçanların işğalı altında idi.Gənc burada həm işləməli,həm də yaşamalı oldu.Ancaq gün gələcək bu siçanlardan biri (elə Ardı »

Ümumi PsixologiyaXasiyyət və xəstəliklər

İosif Stalin məşhur cərrah Botkinlə söhbət zamanı istehza ilə soruşurdu: «Siz əməliyyat zamanı insanın ruhunu görmüsünüzmü?». Mömin professor etiraz edirdi: «Mən orada heç vicdanı da görmədim… ». Həkim-nevropatoloq, tibb elmləri namizədi Nikolay Ulitin hesab edir ki, bizim istəklərimiz, ehtiraslarımız və məşğuliyyətlərimiz fərdi xəstəlik tarixində öz izini buraxır.

Xəsislik. Xəsis insanlar çox zaman ürək-damar xəstəliklərindən əziyyət çəkirlər. Hər bir əşyanın alınması güclü hisslər ilə müşayiət olunarkən, insan daimi stress vəziyyətində yaşayır. Nəticədə, xəsis insanın orqanizmində həyəcan hormonu yüksək səviyyədə saxlanılır ki, bu da damarların xroniki spazmına gətirib çıxarır. İlk olaraq, daha həssas beyin damarları zədələnir ki, bu da, tez-tez baş verən Ardı »

Ümumi PsixologiyaApple qurucusu Stiv Cobsun çıxışı

Bu gün burada dunyanın ən yaxşı universitetlərinden birini bitirməniz münasibətiylə təşkil olunmuş tədbirdə iştirakımdan şərəf duyuram. Düzünü desəm, kollecdən məzun olmamışam və ilk dəfədir ki, məzuniyyət tədbirində iştirak edirəm.

Bu gün sizə həyatımdan üç hekayə danışmaq istəyirəm. Elə bu qədər. Çox deyil, yalnız üç hekayə. İlk hekayəm nöqtələri birləşdirmək haqqındadır.

Mən universitetin ilk altı ayının sonunda Reed (Rid) Kollecindən çıxdım. Lakin tamamilə üzülüşməyim daha səkkiz ay çəkdi. Niyə belə etdim?

Daha doğulmamışdan öncə başlamışdı bu. Mənim doğma anam cavan, nigahsız, universitetdən yeni məzun olmuş bir qadın idi və məni övladlığa vermək istəyirdi. O bunda israr edirdi. Məni kollec məzunu bir ailəyə övladlığa vermək istəyirdi Ardı »

Ümumi PsixologiyaHansı daha yaxşıdır... bir fincan qəhvədən nələr ola bilər?Səhər yeməyi üç

Səhər yeməyi üçün süfrə arxasındasınız.Qızınız qəhvə fincanına toxunur və qəhvə köynəyinizə tökülür.Bu hadisəyə qədər sizin heç bir rolunuz yoxdur.Ancaq bundan sonra baş verənlər artıq sizin rolunuzdan asılıdır...

Şikayət etməyə başlayırsız.Və qəhvəni köynəyinizə tökdüyü üçün qızınızı məzəmmətliyirsiniz.Təbii ki,qızınız da pərt olur və ağlamağa başlayır.Qızınızdan sonra qəhvə fincanını masanın kənarına yaxın qoyduğu üçün həyat yoldaşınızı danlayırsınız.Mübahisə başlayır.Əsəbləriniz bir az da gərilir.Yan otağa keçib köynəyinizi dəyişirsiniz.Qayıdanda qızınızın ağlamaqdan gözlərinin qızardığını görürsünüz.Üstəlik,səhər yeməyini yemədiyinin şahidi olursunuz.Təbii ki,vaxtında süfrədən qalxmadığı üçün qızınız avtobusa gecikir.Həyat yoldaşınız işə gecikməmək üçün tez-tələsik evdən çıxır.Siz də qanıqara maşınınıza minirsiniz və qızınızı məktəbə çatdırmaq üçün yola çıxırsınız.Gecikdiyiniz üçün saatda 60 km sürətlə Ardı »

Ümumi PsixologiyaRisk Fəlsəfəsi

Dünya səyahəti belə ilk olaraq bir addımla başlayır.
Hətta, Tısbağa belə irəli getmək üçün başını çanağından çıxartmaq məcburiyyətindədir.
Gülmək; «SAF» deyilməsi riskini
Ağlamaq isə; «ROMANTİK» görünmə riskini…
Birinə yaxınlaşmaq; "ÖZÜNÜ vermək" riskini,
Hislərini etiraf etmək; "ÖZÜNÜ ortaya qoyma" riskini,
Xəyalları və düşüncələri nümayiş etdirmək; «ONLARI başqasına verməmək» riskini
Sevmək; «QARŞILIQ görə bilməmə» riskini…
Yaşamaq; "Ölmək" riskini
Umidlənmək; «xəyal qırıqlığına uğrama» riskini
Çalışmaq isə; «müvəffəqiyyətsiz olmaq» riskini QƏBUL ETMƏKDİR ...

Amma risklərlə üzləşməyi bacarmalıyıq, çünki həyatımızın ən böyük riski heç bir risk etməməkdir. Heç bir riskə imza atmayan insan bəlkə də kədərdən, problemdən uzaq ola, qoruna bilər, amma inkişaf edə, sevə bilməz, Ardı »

Ümumi Psixologiyak "7 Saniyə" qanunu

İnsan tanımadığı bir insanlar ilk dəfə qarşılaşanda, qarşıdakı insana daha çox insan kimi baxmır. Eynilə heyvanlardakı kimi bioloji diqqətlə baxıb «mən onu yeyəcəm, yoxsa o məni yeyəcək?” kimi bir instinktiv sualla cavab axtardığımızı heç düşünmüsünüzmü?

İlk 7 saniyə ərzində gözümüz qarşımızdakı insanı tutub-tutmayacağına baxır, beynimiz isə buna qərar verir. Bu şüurlu sürətdə gedən bir prosses deyil, qeyri-şüuri olaraq, çox zaman da biz fərqində olmadan reallaşır. Bu zaman ortaya belə bir sual çıxır: „Bəlkə biz 2 saat söhbət edəsi olduq. 7 saniyəni heç 2 saatla müqayisə etmək olarmı?”

Burada maraqlı bir məqam var. İlk saniyələrdə müsahibimizin “yaxşı və ya pis” olmasına qərar veririk. Əgər Ardı »

Ümumi PsixologiyaMəqsədə çatmağın 5 əsas yolu

Bizim hamımızın həyatımızda müəyyən istəkləri var, problem isə bu istəklərə çatmaqdır. Məqsədə çatmaq həmişə asan deyil, bəs burada hansı hiylələr var? Burda bir neçə fikirlər olsa da, bu suala cavab tapmaq heç də asan deyil:

1. Özünə inam
Əgər sən bu postu oxuyursansa, tezliklə bunun gerçəkləşdiyini görəcəksən. Mən həyatda nəyəsə nail olmaq üçün özünə və öz bacarığına inanmaq faktını kifayət qədər vurğulaya bilməyəcəm. Özünə inam hər şeyə başlamaq üçün bir açardır. Biznesə təkcə işini sevməklə başlaya bilməzsən, eyni zamanda, özünə inanmaq da lazımdır. Bu hansısa başlanğıc üçün irəliləyişdir. Bizim əksəriyyətimiz bunu yemək bişirmək, maşın sürmək, universitet dərslərini hazırlamaq kimi adi şeylərə aid edirik.

2. Ardı »

Ümumi PsixologiyaAdlarınızın baş hərfi sizin haqqınızda nə deyir?

Adlarınızın baş hərfi sizin haqqınızda nə deyir?

Sən demə insanın adının ilk hərfi onun sevgi həyatından danışırmış.

Bu qənaətə Amerikalı alimlər araşdırmalar nəticəsində gəliblər. Siz də adınızın baş hərfinin sizə sevgi həyatınız barədə nə dediyini bilmək istəyirsinizsə,bu araşdırmanın nəticəsini oxuyun!

A - Sevginizdə romantizm mütləqiyyət təşkil etmir. Hərəkət, macəra lazımdı sizə. Səbir etmək sizlik deyil. Amma sözü üzə deyənsiniz. Qarşı cinsin sizə səbr etməsi vacibdir.
B - Çox duyğulu və romantiksiniz. Şam işığında yemək, ay işığında gəzmək sizin üçün idealdır. Sevgiliniz sizə hədiyyə almağa məcburdur, çünki siz bu cür sürprizləri çox sevirsiniz. İradəniz çox qüvvətlidir, sevginizi ifadə etmək qabiliyyətiniz də həmçinin.
C - Olduqca sosial bir insansınız. Sevgilinizin hər Ardı »