Ümumi Psixologiya → Uşaqlar hansı yaşdan yalan danışmağa başlayırlar
Ümumi qəbul edilmiş fikir belədir ki, uşaq təxminən 4 yaşına çatanda yalan danışmaqla valideynin diqqətini yayındırmağa çalışır. Amma «Uşaqların beyni necə işləyir» adlı yeni kitaba əsasən, uşaqlar bunu lap erkən yaşlarından edirlər. Yəni, körpələr inanılmaz dərəcədə aldadıcı davranışa malikdirlər. Kitabın müəllifi Vasudevi Reddi BBC radiosuna müsahibədə bunları deyir:
Bu hərənin yalanı necə yozmasından asılıdır. Biz bu məsələni araşdırmağa başlayarkən ilk olaraq 2-3 yaşlı uşaqlarla işləyirdik. Onların danışdığı yalanlar 4 yaşında ikən sınaqlardan keçmiş uşaqların söylədikləri yalanlardan fərqli idi. Sonra taktikanı bir az dəyişdik. Daha doğrusu, yalan deyil, cırnatmaq, özünü tülkülüyə qoymaq, zarafat etmək məsələlərinə diqqət yetirməyə başladıq. Belə baxsanız, bunların da Ardı »