Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaElnur Baimovdan uğurun sirri

-Onlayn layihələrinizdən qabaq hansı işlərlə məşğul idiniz və niyə bu sektora keçdiniz?
-Mən bu layihələrlə məşğul olanda bu işlə heç kim məşğul olmurdu. 1998-ci ildə bakililar.az saytı ilə başladıq. O vaxtın ilk saytlarından biri idi. Sonra, 2003-cü ildə day.az açıldı. Bizim ilk iri xəbər portalımız idi. Sonra davamlı olaraq başqa layihələrimizi üzə çıxartmağa başladıq. Niyə mən bununla məşğul olmağa başladım. Çünki hesab edirəm ki, informasiya texnologiyaları insanları gələcəyə aparan yoldur. İntellektual layihələr məni həmişə cəlb edib.

-Azərbaycanda ilk olmusunuz?
-Deyə bilmərəm ki, ilk olmuşam. Amma uğurlu layihələrin əksəriyyəti bizim şirkətə məxsusdur. Ən çox layihələri də biz etmişik.

-İşə başlayanda əmin idiniz ki, uğur əldə Ardı »

Ümumi PsixologiyaSürəkli inkişaf

Uğura aparan yol həm uzun, həm də qısadır, həm çətindir, həm də asan. Böyük şəhərlərdə olduğu kimi, çoxlu maşınların şütüdüyü bu yolda da yol-hərəkət qaydalarına fikir verməsəniz, mənzil başına çata bilməzsiniz. Bu qaydalar arasında ən çox rastlananlara inkişaf və müsbət dinamika, işə yaxşı bələd olmaq, ümid, xəyal, çalışqanlıq, səbr, daxili inam və özünüqiymətləndirmə, təcrübə, məqsədyönlülük kimi keyfiyyətləri aid edə bilərik.
Müsbət dinamika, başqa sözlə müsbət istiqamətə yönəlmək çətin bir işdir. Bunun üçün iradəli və çalışqan olmaq lazımdır. Narahatlıq və əlavə başağrısı verdiyi üçün əksər insanlar dəyişməyə meylli olmurlar.
Uğur qazanmaq üçün dəyişmək lazımdırmı? Uğursuz olmaq üçün, əlbəttə ki, lazım deyil. Müsbət yöndə Ardı »

Ümumi PsixologiyaUşaqlara nələri izləmək olmaz

Uşaqları şiddətlə bağlı olan seriallara, xəbərlərə və cizgi filmlərinə baxmağa icazə verilməməlidir.

Mütəxəsislər hesab edir ki, televizor digər yaş qruplarına nisbətən uşaqlara daha çox təsir edir. Onlar tv-ni özlərinə örnək götürür. Bu isə bir sıra fəsadlara yol aça bilər. Çünki uşaqlar daha həssas olur, şiddət və.s kimi psixoloji məqamlar onlara tez təsir edir. Bu kimi materiallar uşaqların da sərt rəftarına səbəb olur.

Xüsusilə də məktəb yaşına çatmamış uşaqlara bu kimi materialları qadağan etmək məsləhət görülür. Bu yaş qrupunda olan uşaqlar reallıqla, cansızı bir-birindən ayıra bilmir. Bu da uşaqların psixologiyasını korlayır. Hazırda tv həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Ondan istifadəni isə Ardı »

Ümumi PsixologiyaHansı xəyanət daha pisdir?

Duyğusalmı, ya cinsi xəyanət daha pisdir?
Kişilər və qadınlar hər mövzuda fərqli düşündüyü kimi bu barədə də fərqli düşünür. Qadınlar duyğusal xəyanəti bağışlaya bilməzkən, kişilər də başqası ilə birlikdə olan qadını bağışlaya bilmir.

Aparılan araşdırmalarda göstərilir ki, qadınlar həyat yoldaşını uşaqlarını birlikdə böyüdüb boya-başa çatdırcağı şəklində seçir. Lakin duyğusal olaraq xəyanət onların bu arzusunu öldürür və güvənlərini sarsıdır.

Kişilər isə həyat yoldaşlarının başqa bir ilə cinsi olaraq xəyanət etməsini bağışlaya bilmir. əgər uşaqları varsa, onları şübhə bütün həyatları boyu didib-dağıda bilər. Beləki, uşağın kimdən olması sualı onları heç vaxt rahat buraxmayacaq.

Kişilər cinsi xəyanətdən qadınlar isə duyğusal xəyanətdən olduqca peşman olur Ardı »

Ümumi PsixologiyaTəxəyyülün növləri

Təxəyyül surətlərinin yaradılması müxtəlif səviyyələrdə gedə bilir. Bu səviyyələr onunla müəyyən edilir ki, insan bu prosesə nə qədər şüurlu münasibətdə olur. Bu baxımdan təxəyyülün iki növü mövcuddur: passiv və fəal təxəyyül.
Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda insan fantastik təsəvvürlər aləminə qapılır, özünün çətin vəzifələrini həyata keçirmək naminə, sanki, təxəyyülünün yaratdığı surətlərin arxasında gizlənir. Bu cür təxəyyül növü passiv təxəyyül adlanır. Passiv təxəyyül özü də iki növə, niyyətli və niyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı misalda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül prosesidir. Niyyətli şəkildə Ardı »

Ümumi PsixologiyaPsixologiya elmi haqqında

Psixologiyanın predmeti və vəzifələri.
Psixika haqqında anlayış.
Psixi hadisələrin təsnifi.
Psixikanın təkamülü.
Psixologiya elminin inkişaf mərhələləri.
Azərbaycanda psixoloji fikrin inkişafı.
1-ci sual. Müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir. Onlardan biri psixologiyadır.
Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl ıv əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur.
Traktatın adına diqqət edin: o, psixologiya deyil, "ruh haqqında" adlanır. Bu təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub psixi olan deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatalogiya (pnevma - yunan sözü olub nəfəs, ruh deməkdir) adlandırılmışlar. XVIII əsrin sonuna qədər psixologiya sözü nə Ardı »

Ümumi PsixologiyaNarsistler

Narsistler - en sade dille desek, özüne aşiq insanlardır. Etrafdakı insanlardan duyğu namine ne varsa, sovurub onunla beslenerler. Her zaman başqalarından terif, alqış, reğbet gözleyirler. Lakin özleri heç bir şey vermeye yanaşmazlar. Bele insanlar özlerini o qeder beyenirler ki, güzgünün qarşısında uzun vaxt keçire bilerler. Bu uşaqlar üçün normal bir haldır. Yeniyetmeler de, bedenlerinde emele gelen deyişikliklerle elaqedar güzgüye çox baxa bilerler. Bu da, normaldır. Ancaq 30-40 yaşlı birisinin güzgü qarşısında saatlarla özüne baxmasını heç birimiz normal qarşılamarıq. Narsizm sadece özuünü beyenmekden ibaret şexsiyyet tipi deyildir. Onlar başqalarını istismar etmek barede birinci yerdedirler. Öz menfeetleri üçün her kesi ezib keçe bilerler. Ardı »

Ümumi PsixologiyaHər adam bir milyarderdir...

uğur psixologiyası → Hər adam bir milyarderdir...
Deyəcəksiniz ki,mən də?Əlbəttə ki,siz də!Sizə bəxş edilən ucsuz-bucaqsız nemətlərə bir az nəzər salsanız və onlar haqqında bir az düşünsəniz,siz də “Əlibaba və qırx quldur” nağılındakı xəzinədən çox daş-qaş olduğuna heyrət edəcəksiz...

Hər adam bir milyarderdir.Bir qədər də düşün

Məsələn,iki gözünüzü neçə milyard dollara satarsınız?Və ya iki qulağınızı neçə milyard dollara verərsiniz?Bəs əllərnizi,ayaqlarnızı...Və ya ailənizi,uşaqlarnızı?..Bütün bu olanları toplasanız,görərsiniz ki,öz nemətlərnizi Rokfellerin də,Fordun da yığdığı kapitala dəyişməzsiz..

Ancaq bütün bunlara görə bunlara Bizə Verənə təşəkkür edirikmi?Əlbəttə ki,yox!Sopenhauerin dediyi kimi: “Əlimizdə olan şeylər haqqında heç vaxt düşünmürük,ancaq əlimizdə olmayan şeylər haqqıında həmişə”... Ardı »