Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi Psixologiya → Depressiya haradan başlayır?

Depressiya haradan başlayır?

Kanadalı alimlər belə qənaətə gəliblər ki, depressiyaya səbəb bağırsaqlardır. «McMaster» universitetinin araşdırmaçıları bağırsaqlarda yaşayan mikrofloranın beyindəki kimyəvi proseslərə təsir etdiyini və insanın ruhi vəziyyətini dəyişdirdiyini qeyd edirlər.

Bunu müəyyən etmək üçün siçanlar üzərində araşdırma aparılıb. Belə ki, sağlam gəmiriciyə onun bağırsağının fəaliyyətinə təsir edən antibiotik verilib. Nəticədə onların sonradan daha qorxaq və əsəbi olduğu müşahidə edilib.

Bundan əlavə, onların beyinlərinin depressiya bölgəsində də dəyişiklik qeydə alınıb. Düzdür, insanlar və heyvanlar arasında fərq ola, araşdırmalar eyni nəticəni göstərməyə bilər. Ancaq alimlər bağırsaqlara xüsusi diqqət etməyin Ardı »

Ümumi Psixologiya → Yuxu nedir?

Yuxu nedir?

Ne sebeb olur ki, insan yuxuya gedir? Bu haqda ailmerin bir çox fikirleri vardır.
Bezileri hesab edirler ki, yuxu zamanı beyndeki qanın bir çox hissesi bedenin müxtelif yerlerine axırlar. Ve onu fiziki amillerle elaqelendirirler.
Bezileri bele eqidededirler ki, cismi fealiyyet neticesinde bedende xüsusi madde cem olur ki, bu da eseb sistemine tesir gösterir ve insanda yuxu halı meydana getirir. Ve bu hal o zamana qeder davam edir ki, hemin madde beden terefinden tamamile sorulur. Buna göre de onu kimyevi amil adlandırırlar.
Bezileri ise yuxunu bir növ eseb amili ile elaqelendirirler ve deyirler ki, insan beyninde yerleşen feal eseb sistemi Ardı »

Ümumi Psixologiya → Özümüzə olan inamı artıraq

Özünə olan inamı inkişaf etdirmə taktikaları
Əhəmiyyətli bir döyüş əsnasında Yapon bir sərkərdə əsgərlərinin sayının düşmənlə müqayisədə çox az olmasına baxmayaraq hücuma keçmək qərarını verir. Ordusunun qazanacağına olan etibarı sonsuzdur. Ancaq əsgərləri zəfər mövzusunda olduqca narahatdırlar. Döyüş sahəsinə doğru irəliləyərkən yol kənarındakı bir məbəddə dayanıb birlikdə dua edirlər. Daha sonra sərkərdə cibindən xırda pul çıxararaq: "İndi bu pulu atacağıq. Əgər şəkil gəlsə, biz qazanacağıq, yox, əgər yazı tərəfi düşsə, uduzacağıq və qismətimiz beləcə ortaya çıxacaq" deyir.Xırda pulu havaya atır və hər kəs səbirsizcə pulun yerə düşməsini gözləyir. Şəkil üzü düşür. Döyüşçülər çox sevinirlər və özlərinə olan inamları artır. Bu coşquyla düşmənə hücum Ardı »

Ümumi Psixologiya → Əgər…

Əgər qazandığın pulun bir hissəsini bəşəriyyətin gələcəyi naminə xərcləyə bilsən, xərclədiyini unutsan və hətta bunu unutduğunu da unuda bilsən;

Əgər uğursuzluğa düçar olduqda yenidən işə girişə bilsən və bu uğursuzluqların əhatəsində qalmağı öz uğurun kimi qəbul edə bilsən;
Əgər öz-özünə: “Vur külüngü, Fərhad, çoxu getdi, azı qaldı”, – deyərək yalnız iradənə söykənə bilsən;
Əgər kor insanların nəzarəti altında belə məqsədlərindən uzaqlaşmamaq üçün hərəkətsiz qala bilsən;
Əgər günahkar axtarmaq əvəzinə nəticəyə aparacaq yolları axtara bilsən;
Əgər özündən sonra yaxşı bir iz qoymağı bacara bilsən;
Əgər haqq-ədaləti zülm üçün istifadə etməyib, sadəcə “yaradılanı Yaradandan ötrü sevə bilsən”;
Əgər maddiyyatı bir tərəfə qoyub insanların qəlbinə girmək üçün Ardı »

Ümumi Psixologiya → Daha çox 5 +, daha az 5 -

Olimpiyadalarda 400 məsafəni ən qısa zamanda üzən, bu sahədə rekorda imza atan idmançı bunu necə bacarır?

Əgər hərhansı bir idmançı hər gün, hər həftə, hər ay əvvəlki gün, əvvəlki həftə, əvvəlki ayda olduğu qədər məşq etsə bu sahədə rekorda imza ata bilərmi?

Bəlkə, tanıdığımız uğurlu insanların uğur sirrlərindən biri də davamlı olaraq öz üzərlərində işləmələri, inkişafa meyilli olmaqlarıdır? Bəlkə, onlar hər gün, hər həftə, hər ay daha çox uğura imza atmaq, daha çox yaxşılıq etməyə çalışırlar?

Bəlkə, biz də həyatımızda müsbət dəyişikliklər etmək üçün, "daha çox 5 +" və "daha az 5 -"qaydaları qoyub, bu qaydaları tətbiq etməklə həyatımızı və başqalarının həyatlarında fərq Ardı »

Ümumi Psixologiya → 10 milyon dollarlıq dərs

«IBM”in qurucusu Tom Vatsonun köməkçilərindən biri, şirkətə 10 milyon dollara başa gələn böyük bir səhv edir. Onu dərhal müdirin kabinetinə çağırılar. Hər kəs onun işdən qovulacağından son dərəcə əmindir və adamın özü belə, otağa girər-girməz başına nə gələcəyindən əmin bir şəkildə, „Bilirəm ki, istehfamı istəyirsiniz“- deyir.

Ancaq Vatson, edilən səhvlərdən alınan dərslərin ən yaxşı bilik olduğunu izah edən və hər kəsi şoka salan bu cavabı verir: „Zarafat edirsən? Sənin 1 dərsin üçün 10 milyon dollar xərclədik və təhsilinə bu qədər pul xərclədiyimiz birinin işdən ayrılmasına əsla icazə verə bilmərəm...“


Bu həqiqətən baş vermiş bir əhvalatdır və həyatda başımıza gələn Ardı »

Ümumi Psixologiya → Neçənci uşaq olmağınıza görə xarakteriniz

Neçənci uşaq olmağınıza görə xarakteriniz

Adətən eyni ailədə böyüyən uşaqların fərqli xasiyyətdə olması ilə bağlı çox danışılır.

Tək uşaq olanlar – Çox hərəkətli, işləri yönləndirən, yaxşı təşkilatçılıq qabiliyyətinə sahib, diqqətcil və ətrafındakılara inam hissi bəxş edən olurlar. Məsuliyyəti çox sevirlər. Diqqət və qayğıya möhtacdırlar, günahlarını etiraf etməyi və müzakirə olunmağı sevmirlər. Həssasdırlar, tez inciyirlər.

Ailənin ilk uşaqları - Onlarda liderlik xüsusiyyətləri çox olur. Fədakardırlar. Hər şeyi nəzarətdə saxlamaq üçün fərqli metodlardan istifadə edirlər. Əsasən duyğularıyla hərəkət edirlər. Adətən qüsursuzdurlar. Detallara xüsusi fikir verirlər. Təşkilatçı və bacarıqlıdırlar. Bəzi şeyləri ilk dəfə etməyi xoşlayırlar. Sürprizləri sevmirlər. Xasiyyətləri tez-tez dəyişən və küsəyəndirlər. Məsləhəti sevmirlər. Bəzən "Hər şeyi mən özüm Ardı »

Ümumi Psixologiya → Niye sehv etmeye meyilliyik?

İnsan sehv edir. Bu tebiidir. Öz sehvine beraet qazandırmaq isteyir. Bu da tebiidir.Amma bu hal verdişe keçmeyene kimi tebiidir.

Sehvlerin sayının artması ve her birine beraet qazandırılması insanın sehv etmeye öyreşmesine ve en nehayet uçuruma gedib çıxmasına sebeb ola biler.
Filankes naxelef çıxdı, filankes pis idi, filankes meni aldatdı ve s...
... Bu kimi beraetler özünü tenqid hissini öldürür.
İnsan etrafı olduğu kimi deyil, öz prizmasından görmeye başlayır.

Biz çox vaxt öz arzularının gerçeklikle üst-üste düşdüyüne inanırıq, amma heyat zerbeler vurduqca, maneeler artdıqca yanıldığımızı anlayır, anladıqca, özümüzü sındırmayaraq teselli vermeye çalışırıq.Hadiselerle planlarımız tutarken özümüzü xoşbext ve şanslı bilirik.Ele Ardı »