Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaZiqmund Freyd və onun dinin yaranması barədə görüşləri

Freyd (1856 -1939) avstryalı psixiatr, psixoloq və psixoanalizmin banisidir. Freydin din barədəki fikirləri onun psixoloji görüşlərindən təsirlənmişdir. O, dinin mənşəyini insanın psixi ehtiyaclarında görür. Freyd üç müxtəlif yolla sübut etməyə çalışır ki, insanların psixikasındakı problemlər bir sıra hadisələrin, o cümlədən, din və dini meyllərin yaranmasının əsas səbəbidir. Bunlardan birində o öz psixoanalist gorüşlərindən istifadə edir, digərində ibtidai insanların tarixinə üz tutur, üçüncü mərhələdə isə yəhudilik və xristianlıq dinlərini araşdırır, dinin mənşəyi barədə fikirlərini açıqlayır.

Freyd dinin mənşəyini psixoanalizm baxımından belə izah edir: İnsanda müxtəlif meyllər mövcuddur. Bu meyllərin kökündə şəhvani meyl (Freyd bunu “libido” adlandırır) dayanır. Şəhvani meyl tam şəkildə ödənilməlidir. Lakin Ardı »

Ümumi PsixologiyaXəyallarınızdan vaz keçməyin

Frederick Smith 1944-cü ildə Mississipidə doğulmuşdur. Erkən yaşda atasını itirmiş, özü də kiçik yaşda sümük xəstəliyinə tutulmuşdur. Yale Universitetinə getdiyi zaman, onlardan gələcəkdə nə etmək istədikləri mövzusunda bir tapşırıq hazırlamaları istənmişdi. Frederick, Amerikanı əhatə edən bir çatdırılma şəbəkəsi qurmaq istədiyi haqda yazmışdı. Bu tapşırığı görən professoru, onun kağızına baxdıqda başını yelləyərək, «qeyri-mümkün bir şey düşünürsən» dedi və aşağı qiymət verdi. Frederick, Yaledən məzun olduqdan sonra Vyetnamda vuruşan Amerikan birlikləri arasında təyyarə ilə iki yüzdən çox səfər etdi.

Sonra 1970-ci ildə iş həyatına atıldı və işin mütəxəssislərinə Yale Universitetində tələbəykən imtahan kağızına yazmış olduğu xəyalından bəhs etdi. Belə ki, onun fikrini bəyəndilər və Ardı »

Ümumi Psixologiyaİnsanın əl yazısı onun kimliyindən xəbər verir

Üç min il əvvəl Çinlilər tərəfindən yaradılan və bir çox mədəniyyət, sivilizasiya tərəfindən qəbul edilən əl yazısı elmi (qrafalogiya), bu gün dünyada firmaların işçi götürərkən istifadə etdiyi ən yaxşı üsul olaraq qiymətləndirilir.
Qrafologiya elmi insanın xarakterini, davranışlarını, istəklərini tapmaqda və insanın kimiliyinin analizində ən etibarlı vasitə sayılır.

Əl yazısı insanın iqtisadi mənşəyini, yaşayışını, həyatdakı mövqeyini və təhsilini əks etdirir. Fransa kimi ölkələrdə şirkətlərin 80 faizi iş görüşlərində əl yazısı vasitəsi ilə kadırın kimliyini təhlil edirlər. Əl yazısıyla insanın xarakterini öyrənmək xalqdan xalqa, insandan insana fərq edir.

Mütəxəssis bir qrafoloq bildirib ki, hansı xalqın nümayəndəsi olursa olsun, hansı dildə yazırsa yazsın, mən onun düşüncələrini əl Ardı »

Ümumi PsixologiyaXarakterlə bağlı xəstəliklər

Aqressivlər
Əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatları boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Aqressiv adamlar psixi xəstəliklərə də meyillidirlər.

Utancaqlar
İctimai yerlərdə özlərini rahat hiss edə bilməyən utancaq adamlar viruslara daha tez yoluxurlar. Bu cür adamların bakteriya və viruslara qarşı müqavimətləri də az olur.

Optimistlər (nikbinlər)
Nikbinlik ömrü uzadır. Qarşılaşdığı bütün problemlərə baxmayaraq, hadisələrə həmişə nikbin nəzərlərlə baxmağı bacaran adamlar bədbin adamlardan təqribən 7,5 il çox yaşayırlar.Pessimistlər (bədbinlər)
Bədbin adamlar nikbin adamlarla müqayisədə daha az yaşamaqla yanaşı, parkinson xəstəliyinə də meyilli olurlar.

Dərdini içinizdə saxlayırsınızmı?
Dərdini içində saxlayan adamlarda xərçəng və infarkt ehtimalı daha çoxdur.

İnsaflısınızmı?
Qarşısındakı insana qarşı insaflı davranan və bağışlamağı bacaran adamlar da uzun yaşayırlar.

Xarakteriniz narahatdırmı?
Narahat Ardı »

Ümumi PsixologiyaHobbi- yaxşı yoxsa zərərli vərdişdır?

Psixoloq Elnur Rüstəmov: “Ümumiyyətlə hobbiləri olan insanlar sakit insanlar olurlar”

Hobbi insanın boş zamanlarında məşğul olduğu, bəzi vaxtlar “vaxtını öldürdüyü”, çox vaxt isə həzz aldığı məşğuliyyət növüdür. Alimlərin araşdırmalarına görə bədbəxt insanların 38 faizinin heç bir hobbisinin olmadığı üzə çıxıb. İnsanların bir-birindən müxtəlif hobbiləri var. Müxtəlif kolleksiyalardan tutmuş, insan öldürməyi özünə hobbi seçən insanların yaşadığı bir dünyada yaşayırıq.
Bəs görəsən hobbilərimiz psixologiyamızın nə dərəcədə göstəricisidir? Bu sualla Psixologiya və Konsultasiya Mərkəzinin ( PCC) psixoloqu Elnur Rüstəmova müraciət etdik. Psixoloq Ardı »

Ümumi PsixologiyaEmo - yeniyetməlik oyunu, yoxsa ruh vəziyyətidir?

Emo nədir və əslində emolar kimlərdi? Adətən deyirlər ki, emolar cəmiyyətə uyuşmayan, onda mövcud olan əksiklikləri qəbul etməyən, lakin onu dəyişə bilmədiklərinə görə kədərli olan və bunu gizlətməkdən qorxmayan bir qrup yeniyetmələrdir. Onların əsas meyarları bunlardır:

dünyanı yaxşılaşdırmaq,
pisliyə qarşı mübarizə etmək,
zor gücə qarşı çıxış etmək,
dinc və sadə yaşamağa üstünlük vermək,
özlərində yalanın və zalımlığın olmamasını xarici görünüşləri ilə göstərmək.

Qeyd etmək vacibdir ki, bu cərəyana özlərini aid edən insanlar öz emosiyalarını açıq-aşkar ifadə etməyə meylli olurlar. Emosiyalarını ifadə etməkçün onlar münasib vaxtı gözləmirlər. Onlar bunu zəiflik hesab etmirlər. Əksinə, emosiyanın yaranması emo üçün “özüm” olmaq deməkdir.

Emo bir yeniyetmə qrupudur. Lakin Ardı »

Ümumi Psixologiyaİpoxondriya

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir… Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirdikləri kimi yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər.

Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər Ardı »

Ümumi PsixologiyaHamilə qadının psixikasında baş verən dəyişikliklər

Söhbətimiz uşağının doğulmasını istəyib-istəməməsindən asılı olmayaraq, bütün hamilə qadınlarda baş verən psixoloji dəyişikliklərdən gedəcək. Bu psixoloji dəyişikliklər hamiləlik dövründə baş verən fizioloji dəyişikliklər qədər qaçılmazdır. Həmçinin hamiləlik prosesinə uyğunlaşmaq və uşağı dünyaya gətirməyə hazır olmaq üçün əhəmiyyətlidir.

Doğumaqədərki prosesdə qadın müəyyən psixoloji inkişaf yolunu keçir. Bu yol qadının öz hamiləliyini dərk etməsindən başlayaraq onunla əlaqədar dəyişiklikləri qabul etməsindən, sonda uşağı dünyaya gətirməklə onu bir daha bətnində daşımamayacağı həqiqəti ilə barışmasında və ömrünün qalan hissəsini onunla paylaşacağı ilə qərarlaşması ilə bitir. Şərti olaraq bu dövrü üç mərhələyə bölürük.

Birinci mərhələdə qadın öz hamiləliyini, yəni yeni vəziyyətini və onunla əlaqədar baş verəcək dəyişiklikləri qəbul Ardı »