Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atalar SözləriN hərfi ilə başlayanlar

N hərfi ilə başlayanlar

Nabələdə gün də buluddur.
Naqqa balıq tasa yerləşməz.
Naqqalar olmasaydı, dünya laləzara dönərdi.
Nağd alverdən ətir iyi gələr.
Nağdı əldən vermə.
(Nağdı qoyub nisyənin dalınca düşmə). Nağıl dili yüyrək olar.

Nadan əlindən su içmə,ab-həyat olsa da.
Nadanı kötək düzəldər, qozbeli qəbir.
Nadanın düşməni özüdür.
Nadiri taxtda görüb, Şah Abbası qundaqda.
Nakəsə borclu olma.
Namaz qıla-qıla yıxdın evimi, indi başlamısan həccə getməyə.
Namaza meyli olanın qulağı azanda olar.
Namazdan əvvəl boğazdır.
Namazı əkib, orucluğa gedir.
Namə vüsalın yarısıdır.
Namə yazmaq asandır, yetirmək çətin.
Namərd körpüsündən rahat keçincə, qoy aparsın o sellər məni.
Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar.
Namərdə yaxa vermə, mərdə arxa ol.
Namərdə möhtac olma.
Nə əkərsən, onu biçərsən.
Nə qoyuna gedər, nə qapıda hürər.
Nə tökərsən aşına o da cıxar Ardı »

Atalar SözləriM hərfi ilə başlayanlar

M hərfi ilə başlayanlar

Məkkəyə gedən dəvə hacı olmaz.
Mərddən bir xəta, namərddən min.
Mərd əli kasad olmaz.
Mərdi qova-qova namərd eləmə.
Mərdi qova-qova namərd edərlər.
Mərd igidlər süfrə açar, ad alar.
Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.
Mərdin gözü tox olar, namərdin gözü ac.
Mərd gördüyün deməz.
Mərd mərdi qanar, Bərkdə oduna yanar.
Mərd özündən bilər, namərd yoldaşından.
Mərd çörəyini daşdan çıxardar.
Meşə çaqqalsız olmaz.
Miyançının kisəsi gen olar.
Milçək bir şey deyil, könül bulandırır. Ardı »

Atalar SözləriÖ hərfi ilə başlayan

Ö hərfi ilə başlayan

Öküz altında buzov axtarır.
Öküzü buynuzundan, adamı sözündən tutarlar.
Ölən canını qurtarır, vay qalanın halına.
Ölər, Koroğlu getməz bu yurddan.
Ölmək ölməkdir, xırıldamaq nə deməkdir.
Ölməz, itməz Xədicə, görər nəvə-nəticə.
Ölüdən pay umur.
Ölüm qaş ilə göz arasındadır.
Ölümdən başqa hər şeyə çarə var.
Ölümə çarə yoxdur.
Ölülər elə bilir, dirilər halva yeyir.
Ölünün dalınca danışmazlar.
Ölünün vəsiyyəti özü ilə gedər.
Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin.
Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün.
Örtülü bazar dostluğu pozar.
Övlad ata-ananın ürəyidir.
Övlad bir turş almaya bənzər, yeyənin dişi qmaşar, yeməyənin könlü istər.
Övlad can yanğısıdır.
Övlad insanın məbədidir.
Övlad könül meyvəsidir.
Övlad ya ataya oxşar, ya anaya.
Övladda nəvə, dövlətdə dəvə.
Öz anasını sevməyən, özgə anasını sevməz.
Öz evimin nökəriyəm, özgə evinin-ağası.
Öz quru Ardı »

Atalar SözləriV hərfi ilə başlayanlar

V hərfi ilə başlayanlar

- Vay bu başdan, vay o başdan.
- Vay o kişinin halına ki, yeməyə, içməyə, saxlaya arvadının sonraki ərinə.
- Vay o gündən ki, adamın öz iti özünü qapa.
- Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün.
- Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa.
- Vay o sürüsünün halına ki, canavardan çobanın təyin edələr.
- Vay ondadır ki, varlı evinə yoxsul girə.
- Vay ölənin halına.
- Var adama oyun öyrədər.
- Var axar, yox baxar.
- Var var üstündən gələr.
- Var evi - kərəm evi, yox evi - vərəm evi.
- Var günün Ardı »

Atalar SözləriÜ hərfi ilə başlayanlar

Ü hərfi ilə başlayanlar

Ürək dənizdən dərindir.
Ümid həyatın sərmayəsidir.
Ümidsiz yaşamazlar.
Ürək ki var şüşədir, sındırarsan kim yamar?!
Ürək götürməyəni, əl götürməz.
Ürək yanar, göz yaşarar.
Ürək yanmasa, gözdən yaş çıxmaz.
Ürəkdən ürəyə yol var.
Üstü bəzək, altı təzək.
Üstümü unlu görüb, adımı dəyirmançı çağırma.
Üz döndü, göz döndü.
Üz göstərsən qohumluq iddiası edər.
Üz ürəyin güzgüsüdür.
Üz üzdən utanar.
Üz verilən yerdən ərinmə, üz verilməyən yerdə görünmə.
Üz vermə, astar da istər.
Üzrü günahından artıq.
Üzük tanınar qaşı ilə, qız - qardaşı ilə.
Üzünü xalqa çevirənin arxası mökkəm olar. Ardı »

Atalar SözləriOrdan-burdan

Ordan-burdan

aci soz qelb sindirar
tek elden ses cixmaz
dost dosta ten gerek ten olmasa gen gerek
temiz isden gul etri geler
coreyi ver corekciye birini de ustelik
dostunu mene de senin kim oldugnu deyim
yalancinin evi yandi hec kim ona inanmadi
gulme qonsuna geler basina
yalancinin sahidi yaninda olar Ardı »

Atalar SözləriD hərfi ilə başlayanlar

D hərfi ilə başlayanlar

- Dağarcığını çuval yanına qoyur.
- Dağ dağa qovuşmaz, insan insana rast gələr.
- Dağ yeri-duman yeri, Yurd yeri-güman yeri.
- Dağlar başına qış, İgid başına iş.
- Dadanan qudurandan pis olar.
- Daldan atılan daş topuğa dəyər.
- Damara bax, qan al.
- Dama-dama göl olar, axa-axa sel olar.
- Dam dirək üstə durar.
- Danışıq dananı qurda verər.
- Danışmaq gümüş, danışmamaq qızıldır.
- Danışıram pis olur, Danışmıram his olur.
- Dedi-qodu ev yıxar.
- Demək olmur gözün üstə qaşın var.
- Dedim bir ağız ağla, demədim eli güldür bizə.
- Dedim eşidəsən, demədim öyrənəsən!
- Deyə-deyə dilimdə tük bitdi.
- Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
- Dəvə bir fikir eləsə, sarban iki fikir elər.
- Dəvənin Ardı »