Uilyam Somerset Moyem - "Polkovnikin xanımı" → 2-ci hissə..

Kokteyl gecəsi Corcu lap çaş-baş salmışdı. Oraya xeyli adam yığışmışdı. Bəziləri elə də pis adama oxşamırdılar, qadınlardan bir neçəsi çox zövqlə geyinmişdi, ancaq kişilər ona çox yöndəmsiz göründülər. Yəqin ki, başa düşdünüz – o, hamıya Corc Pereqrin – İ.K.Hamiltonun həyat yoldaşı kimi təqdim edildi. Kişilərin deyəsən elə bir deyiləsi sözü yox idi, qadınlar isə dil-boğaza qoymurdular.
— Siz xanımınzla fəxr eləməlisiniz. Gözəl deyilmi? Bilirsiniz, mən onu bir oturma oxuyub qurtardım. Yerə qoymağa əlim gəlmirdi və oxuyub bitirəndən sonra onu ikinci dəfə lap başdan ayağa bir nəfəsə oxudum. Sadəcə olaraq, yamanca təsirlənmişdim.
Ingilis naşir qeyd etdi:
— İyirmi ildir ki, bu cür oxucu rəğbəti qazanmış Ardı »