Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ABŞ tarixi1792 ABŞ Prezident Seçkiləri

1792 ABŞ Prezident Seçkisi (ing. United States presidential election, 1792) - Amerika Birləşmiş Ştatlarında keçirilmiş ikinci prezident seçkisi. Seçkidə Corc Vaşinqton tək namizəd kimi qatılmış və qələbə qazanmışdır. Corc Vaşinqtonun 1788 - 1789 ABŞ Prezident Seçkiləri zamanı vitse prezidenti olmuş Con Adams 1792-ci ildə keçirilmiş seçkilər zamanıda vitse prezident vəzifəsini tutmuşdur. Ardı »

ABŞ tarixiABŞ tarixi

İlk amerikalılar[redaktə]
Miladdan əvvəl 34-cü minilliklə 30-cu minilliklər arasında dövrünün ən yüksək çağlarında dünya sularının çoxu kontinental buz qatından ibarət idi. Bunun nəticəsi olaraq, Berinq dənizi cari səviyyəsindən yüzlərlə metr aşağı idi və Asiya ilə Şimali Amerika arasında Berinqiya adlı torpaq körpü var idi. Güman olunur ki, ən yüksək zirvə dövründə, Berinqiyanın 1500 kilometrə yaxın sahəsi var imiş. Nəm və ağacsız tundra olan bu sahə otlarla və bitkilərlə örtüldüyü üçün qədim dövrün adamları yaşamaq üçün ovladıqları iri heyvanları özünə cəlb edirmiş. Şimali Amerikaya gəlib çıxan ilk insanlar, demək olar ki, özləri də yeni qitəyə keçdiklərini bilməmişdilər. Min illər əvvəl onların əcdadları kimi, Ardı »

ABŞ tarixiDavid Fromkin

David Fromkin (doğum 27 avqust 1932-ci il) — ABŞ tarixçisi.

Başlıca Əsərləri[redaktə]
A Peace to End All Peace: Creating the Modern Middle East 1914-1922 (1989) ISBN 0-8050-0857-8, ISBN 0-8050-6884-8 (paperback)
"Britain, France, and the Diplomatic Agreements." In The Creation of Iraq, 1914-1921, ed. Reeva Spector Simon and Eleanor H. Tejirian, 134-145. New York: Columbia University press, 2004.
Europe's Last Summer: Who started the Great War in 1914? (2004) ISBN 0-375-41156-9, ISBN 0-375-72575-X (paperback)
In the Time of the Americans: FDR, Truman, Eisenhower, Marshall, MacArthur, The Generation That Changed America's Role in the World (1995) ISBN 0-394-58901-7, ISBN 0-679-76728-2 (paperback)
The Independence of Nations (1981)
The Importance of T. Ardı »

ABŞ tarixiKomançilər

Komançi - Amerika Birləşmiş Ştatlarında yaşayan hindu xalqı. Komançi qəbiləsinin Meksika və Texas arasında yerləşən ərazilərdə, daha güclü olmuşdular. XIX əsrin əvvələrində Komançilərin sayı 25 minə yaxın idi. ABŞ silahlı birliklərinə qarşı aparılan döyüşlərdə, Komançilərdən minlərlə insan həlak olmuşdur. Hal-hazırda ABŞ-da 10 minə yaxın, Komançi yaşayır. Bunlardan 5 mini Oklahoma ştatında yaşayan Komançilər təşkil edir.
Komançi adının yaranması haqqında, müxtəlif fikirlər vardır. Bu fikirlərdən birinə əsasən digər bir hindu qəbiləsi olan Utelərin dilində arxaik formada işlənən Komance sözü olmuşdur. İspanlar Şimali Amerikaya gəldikdə, qəbilənin Kohmahts olaraq adlandırmışdılar. Bu söz, sonralar Komançi sözünə uyğunlaşdırılmışdır. Kohmahts sözü müxtəlif dillərdə, müxtəlif mənalarda işlənmişdir. Bəzi qaynaqlarda Ardı »

ABŞ tarixi10050 Cielo Drive

10050 Cielo Drive — ABŞ-da Los-Ancelesin Benedikt Kanyon ərazisində yerləşən, yaranmasından bu günə qədər müxtəlif hadisələrə şahid olmuş məşhur imarət. Bu imarətdə müxtəlif dövrlərdə bir sıra məşhur incəsənət adamı yaşamışdır.
Bir çox insanın həyatını alt-üst edən evin tarixçəsi olduqca maraqlıdır. Bu ev 1969-cu ildə rejissor Roman Polanskinin həyat yoldaşı aktrisa Şaron Teytin və dostlarının ölümü ilə yaddaşlarda qalmışdır. Amma bu tarixə qədər və bu tarixdən sonra da ev bir sıra hadisələrin şahidi olmuşdur.Ünvanı[redaktə]
İmarətin yerləşdiyi küçənin adı dəfələrlə dəyişikliyə məruz qalmışdır. "10050 Cielo Drive" hazırda "10066 Cielo Drive" küçəsi kimi tanınır. Maraqlı bir oxşar məqam da var: bu küçədən bir az aşağıda "10048 Ardı »

ABŞ tarixiAlkatraz

Alkatras (ing. Alcatraz) — ABŞ-ın Kaliforniya ştatında, San Fransisko şəhərinin yaxınlığında yerləşən ada. Adanın adı ispan dilindən tərcümədə "qutan" mənasını verir.

Adanın ərazisi əvvəllər müdafiə qalası kimi istifadə edilmiş, 1861-1934-cü illərdə hərbi həbsxana kimi, 1934-cü ilin aprel ayından 1963-cü il martın 21-dək ABŞ-ın ən təhlükəli cinayətkarlarının saxlandığı federal həbsxana kimi fəaliyyət göstərmişdir. Al Kapone, Robert Straud kimi tanınmış cinayətkarlar da burada saxlanılmışdır. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Ardı »

ABŞ tarixiRus Amerikası

Rus Amerikası (rus. Русская Америка, Russkaya Amerika) 1799-cu ildə ABŞ-ın Alyaska ştatının ərazisində yaradılan və Rusiya İmperiyası tərəfindən idarə olunan tarixi dövlət.Rus Amerikasının idarə olunmasında Rusiya-Amerika şirkətinin rolu daha böyük olmuşdur.Rusiya İmperiyasıının keçirdiyi daxili böhran və xərclərin cox olması, ərazinin 1867-ci ildə ABŞ-a 7.2 milyon dollara satılması ilə nəticələnmiş,bu şəkildə dövlət fəaliyyətini dayandırmışdır.
İlk kəşflər[redaktə]
Alyaskaya ilk dəfə ruslar gəlmişlər.1648-ci ildə Semyon Dejniyev Sibirdə yerləşən Kolima çayının mənsəbindən səfərə başlamış və 14 gün sonra Şimal Buzlu okeanda yerləşən Anadir çayının məsəbinə çatmışdır.Bir sıra ehtimallara görə ekipajda olan bəzi dənizçilər yolda azmış və Alyaskaya Semyon Dejniyevdən daha tez çatmışdır.Ancaq bunu sübut edə biləçək bir Ardı »

ABŞ tarixiAmerika Konfederativ Ştatları

Amerika Konfederativ Ştatları (həmçinin Konfederativ Ştatlar, Konfederasiya, AKŞ, ing. Confederate States of America, The Confederacy, CSA) — de-fakto müstəqil, tanınmamış dövlət. 1861-1865-ci illərdə ABŞ-ın quldarlıq tərəfdarı olan 11 cənub ştatının ABŞ-ın tərkibindən çıxdıqlarını elan edərək (sesessiya) yeni dövlətdə birləşmələri nəticəsində yaranmışdır. Həmin illəri əhatə edən vətəndaş müharibəsi nəticəsində məğlub olan Konfederativ Ştatların ərazisi ABŞ tərəfindən ələ keçirilərək 10 ildən artıq davam edən Cənubun Yenidənqurulması prosesindən sonra təkrarən ABŞ-ın tərkibinə qatılmışdır.
Tarixi[redaktə]
Yaranması[redaktə]
Amerika Konfederativ Ştatları 1860-cı il prezident seçkilərində quldarlığın qatı əleyhdarı Avraam Linkolnun ABŞ prezidenti seçilməsinin təsdiqlənməsindən dərhal sonra, yəni 4 fevral 1861-ci ildə 6 cənub ştatı (Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya Ardı »