Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ABŞ tarixiSem dayı

Sem dayı (ing. Uncle Sam) — ABŞ-ın dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehitimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə Ardı »

ABŞ tarixiABŞ istiqlal bəyannaməsi

ABŞ İstiqlaliyyət Bəyannaməsi — tarixi sənəd və siyasi fəlsəfə manifesti. 1776-cı il iyulun 4-də 2-ci Kontinental Konqres tərəfindən qəbul edilmişdir. Bəyannamə müstəmləkələrin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini və "yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq" hüququnu elan etdi.

Bəyannamə o dövr ABŞ fedrasiyasına daxil olan 13 ştat tərəfindən yekdilliklə qəbul edilmişdir.

Bəyannamənin mətni[redaktə]
Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş etmişdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir.

Bəşər tarixində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və Yaradanın Ardı »

ABŞ tarixiKosmik yarış

Kosmik yarış — SSRİ və ABŞ arasında 1957-1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur.

Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradır.

"Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlamışdır. Kosmik yarış Ardı »

ABŞ tarixiVaşinqtona yürüş

İş və azadlıq uğrunda Vaşinqtona yürüş (ing. March on Washington for Jobs and Freedom) — ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Linkoln memorialının ətrafında 28 avqust 1963-cü ildə 200-300 min insanın iştirakı ilə baş tutan dinc nümayiş.

Nümayişdə Martin Lüter Kinq özünün məşhur "Mənim bir arzum var" nitqini səsləndirmiş, bir sıra digər siyasi və ictimai fəal şəxslər, sənətçilər iştirak və çıxış etmişlər. Yürüş iştirakçılarının 80%-ni qaradərililər, 20%-ni isə ağlar və digər irqlərin nümayəndələri təşkil edirdilər. Yürüş təşkilatçılarından 10 nəfər elə həmin gün ABŞ prezidenti Con Kennedi tərəfindən qəbul edilərək onların tələbləri dinlənilmişdir.

Yürüş hüquq-müdafiə və fəhlə təşkilatları, dini qurumlar tərəfindən təşkil edilmişdi. Yürüşün nəticəsi olaraq Ardı »

ABŞ tarixiStiven Koen

Stiven Frend Koen (ing. Stephen Frand Cohen; (1938, Ouensboro, Kentukki, ABŞ) — SSRİ tarixi ilə məşğul olan ABŞ tarixçisi. Əsas tədqiqat sahəsi Sovet Rusiyasının 1917-ci ildə Oktyabr Sosialist İnqilabından sonrakı inkişafı və həmçinin ABŞ ilə münasibətləridir. Ardı »

ABŞ tarixiİran-Kontras qalmaqalı

İran-Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal.

Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-ın Ardı »

ABŞ tarixiApollon 8

Apollon 8 - Amerika Birləşmiş Ştatlarının 1961-ci ildə başlatdığı Apollon Proqramının 8-ci lahiyəsi idi. Apollon 8 əvvəlki proqramlarda olduğu kimi uçuş Saturn 5 roketi vasitəsi ilə həyata keçirilmişdi. Heyət 3 nəfərdən: Komandir Frank Borman, komanda modulu pilotu Ceyms Lovel və Ay modulu pilotu Uilyam Andersdən ibarət olmuşdu. Uçuş 21 dekabr, 1968-ci ildə həyata keçirilmişdi. Apollon 8 27 dekabr, 1968-ci ildə Sakit Okeannın şimalına dəniz enişi etmişdi.Maraqlı faktlar[redaktə]
Apollon 8 proqramı həm də kosmik gəminin uçuş trayektoriyasının 8 rəqəminə oxşaması ilə üst-üstə düşür.
Apollon 8 Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət idi.
Apollon 8-in heyəti Yerin uzaqdan ilk dəfə olaraq tam şəklini Ardı »

ABŞ tarixiAncela Devis

Ancela İvonna Devis (ing. Angela Yvonne Davis; d. 26 yanvar 1944) — Amerikalı hüquq müdafiəçisi, kommunist hərəkatının nümayəndəsi, sosioloq, yazıçı, Qara Pantera partiyası və Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi ilə əlaqələri olan siyasi aktivist və universitet professoru. Devis Mülki Hüquqlar Uğrunda Hərəkat dövründə tanınmış aktivistlərdən biri, ABŞ Kommunist Partiyasının üzvü və onun siyasi namizədi olmuşdur. 90-cı illərin əvvəllərində Kommunist Partiyasını tərk etdikdən sonra özünü demokratik sosialist kimi tanıdır və hal-hazırda Demokratiya və Sosializmə Uyğunluq Komitələrinin üzvüdür.

O, ümumdünya şöhrətini 7 avqust 1970-ci ildə 17 yaşlı Conatan Ceksonun 2 yoldaşı ilə birlikdə öz qardaşı da daxil olmaqla 3 qaradərili cinayətkarı azad etmək məqsədilə məhkəmə Ardı »