ABŞ tarixi → San-Fransisko zəlzələsi (1906)
San-Fransisko zəlzələsi — 18 aprel 1906-cı ildə ABŞ-da baş vermiş zəlzələ.
1906-cı ilin aprel ayının 18-də yerli vaxtla saat 05:12 radələrində episentri ABŞ-ın San-Fransisko şəhərindən 3 km. qərbdə olmaqla 7,6 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ ən güclü tektonik zonalardan birinin üzərində yerləşən bütün San-Andreas dərəsini sarsmışdı.
Yer səthində əmələ gəlmiş çatın uzunluğu 400 kilometrə çatırdı. San-Fransisko şəhərinin su kəməri magistralları partlamış, qaz kəməri, telefon və elektrik kabelləri sıradan çıxmışdı. Sobaların dağılması və elektrik xətlərində baş vermiş qəzalar nəticəsində ətrafı yanğın bürümüşdü. Şəhərin su təminatı sisteminin də dağılması yanğının söndürülməsini daha da çətinləşdirirdi.
Şəhərdə fövqəladə vəziyyət elan edilmişdi. Əhali buxtadan evakuasiya olunur, «Qızıl Darvaza» Ardı »