Ölkələrinə görə tarix → 5-ci tank ordusu (SSRİ)
5-ci tank ordusu — SSRI SQ tərkibində hərbi əməliyyat birliyi.
1-ci formalaşması tarixi[redaktə]
5-ci tank ordusunun 1-ci formalaşması Ali Baş Komandanlığının 25 may 1942-ci direktivinə əsasən, 5 iyun 1942-ci ildə formalaşmışdır. Onun tərkibinə 2-ci və 11-ci tank korpusları, 340-cı atıcı diviziya, 19-cu ayrı tank briqadası, 66-cı qvardiya minamyot polku, AEH-nin 661-ci yüngül artilleriya polku, ayrı rabitə batalyonu, ayrı zenit diviziyası, ordu qərərgahının mühafizə bölüyü daxil idi. İyulun əvvəlində onu 7-ci tank korpusu ilə gücləndirdilər.
Döyüşlərdə iştirakı[redaktə]
16 iyun 1942-ci ildə ordu Bryansk cəbhəsinin tərkibinə qatıldı.5 iyulda o Voronej-Voroshilovgrad strateji müdafiə əməliyyatında (28 iyun-24 iyul) iştirak etdi və əməliyyatın gedişatında düşmənin şimal birləşməsinə güclü zərbə endirdi. Ardı »