Qərbi Azərbaycan → Yuxarı Şorca
Tarixi[redaktə]
Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdur (415, s.26). İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir (386, s.599). Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində Şorcalı, XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır.
Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.297) qeyd edilmişdir.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında Ardı »