Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanElşad Nəsirov (müəllim) - Seminar, simpozium və konfranslarda iştirakı

2008, Bakı, Azərbaycan; BDU Hüquq fakültəsinin 80 illik yubileyinə həsr edilmiş “Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri” mövzusunda elmi konfrans
2007, Bakı, Azərbaycan; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və ATƏT-in Venesiya Komissiyası tərəfindən təşkil olunmuş “Azərbaycan Respublikası seçki qanunvericiliyinin təkmilləşdirilməsi” mövzusunda konfrans
2007, Bakı, Azərbaycan; BDU və İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatı tərəfindən təşkil olunmuş “İnsan hüquqları üzrə Müvəkkilin dövlət orqanları və kütləvi informasiya vasitələri və qeyri hökemət təşkilatları ilə qarşılıqlı əməkdaşlığı” mövzusunda konfrans
2004, Utrext, Hollandiya; Avropa Hüquq fakültələri Assosiasiyasının „Keyfiyyətin təmin edilməsi, qiymətləndirmə və akkreditasiya Komitəsi“ tərəfindən təşkil olunmuş „Keyfiyyətin təmin edilməsi, qiymətləndirmə və akkreditasiyası və Avropa hüququ təhsili“ mövzusunda konfrans
2002, Ardı »

Qərbi AzərbaycanQızıl kilsə (Ərəfsə)

Qızıl kilsə — V əsr Bizans memarlığına aid kilsə.

Qərbi Azərbaycanın Zəngəzur mahalında Sisiyan rayonunun Ərəfsə və Comərdli kəndləri arasında, yolun qarşı tərəfində yastan üzərində inşa olunub. V əsrdə Bizans stilində inşa olunub.
1988-1992-ci il hadisələrindən sonra Ermənistan Qızıl kilsənin və Comərdli kəndinin adını dəyişib Tanahat qoymuşlar. Ardı »

Qərbi AzərbaycanŞair Əbdüləzim

Şair Əbdüləzim - şair, dülgər, rəncbər, Aşıq Ələsgərin ortancıl oğlu.

Həyatı[redaktə]
O, 1873-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əsas məşğuliyyəti dülgərlik olan Əbdüləzim həm də bacarıqlı bir rəncbər kimi camaat içərisində seçilirdi.

Kiçik yaşlarından Aşıq Ələsgərin evindəki saz-söz məclislərinin şahidi olan Əbdüləzimdə aşıq şerlərinə maraq tez oyanmış, həmin təsirlə də şerlər qoşmağa başlamışdır.

Əbdüləzim təhsil görməmişdir. Lakin onun şerləri savadlı bir şairin yaradıcılıq məhsulu kimi nəzərə çarpır.

1934-cü ildə Əbdüləzim Kəlbəcər rayonunun Yanşaq kəndinə köçmüş və 1937-ci ilə kimi orada yaşamışdır.

Şair Əbdüləzim 1943-cü ildə Göyçə mahalının Ağkilsə kəndində vəfat etmiş, Aşıq Ələsgərin qəbrinin yanında dəfn edilmişdir. Ardı »

Qərbi AzərbaycanQafan rayonu

Qafan rayonu — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində 1930-1995-ci illər aralığında mövcud olmuş rayon.


Hal-hazırda Ermənistan Respublikasının inzibati-ərazi bölgüsünə görə görə Qafan adlı rayon yoxdur. Qafan şəhəri isə Sünik mərzinin mərz mərkəzidir.

Tarixi[redaktə]
1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1345 km²-dir. Rayon mərkəzi respublika tabeli Qafan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 320 km-dir.

Etimologiyası[redaktə]
Azərbaycanda Qaf dağının olması və bu dağın içərisində odlu Simurq quşunun yaşaması haqqında əfsanə və əsatirlər var. Qafqazın adının da buradan götürüldüyü güman edilir. Qafan sözü də "Qafın yerləşdiyi ərazi" anlamını verir. Qafan rayonu ərazisində Qaf dağı əslində hündürlüyü 3904 m olan Qapıcıq dağıdır.

Coğrafiyası[redaktə]
Rayon ərazisi üç tərəfdən Bərgüşad, Zəngəzur Ardı »

Qərbi AzərbaycanAlaçıqqaya

Haqqında[redaktə]
ALAÇIQ (ALAÇIQ QAYA) - Ermənistan SSR Dilican Şəhər Soveti tabeliyində Gedik çayının sol sahilində azərbaycanlılar yaşamış kənd. 1897-ci ildə 85, 1919-cu ildə 166, 1931-ci ildə 119 nəfər, 1939-cu ildə 120, 1970-ci ildə 278 nəfər azərbay­canlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar.

Tarixi[redaktə]
Alaçıqqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası Ardı »

Qərbi AzərbaycanTorpaqqala (Qəmərli)

Tarixi[redaktə]
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Topraxqala kimi qeyd edilir.

Coğrafiyası və iqlimi[redaktə]
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. rayon mərkəzindən 8 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd.

Əhalisi[redaktə]
Kənddə 1831-ci ildə 40 nəfər, 1873-cü ildə 246 nəfər, 1886-cı ildə 268 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 415 nəfər, 1914-cu ildə 456 nəfər, 1916-cı ildə 372 nəfər, 1918-ci ilin yanvarında 415 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. 1922-ci ildə 98 nəfər, 1926-cı ildə 163 nəfər, Ardı »

Qərbi AzərbaycanGöyçə mahalı

Tarixi[redaktə]
Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu.

Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını Ardı »

Qərbi AzərbaycanBayandur (Şörəyel)

Tarixi[redaktə]
Rayon mərkəzindən 20 km, Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəfətəri»ndə Bayandırlı formasında qeyd edilmişdir.

Toponim bayandur qədim türk tayfasının adı əsasında əmələ gəlib, «bayandur tayfasının yaşadığı kənd» mə'nasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi[redaktə]
1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-30 - cu illərdə Türkiyədən köçürülmüşdür. İndi ermənilər yaşayır.

Digər[redaktə]
Bayandur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda vağzal. Ardı »