Maraqlı melumatlar → Maraqlı bir dini hekayə...
Dedim: Çox tənhayam.
Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)
Dedim: Bəli bilirəm Sən mənə yaxınsan, amma mən Səndən uzağam, kaş ki mən də Sənə yaxın ola bilsə idim.
Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et. (Əraf, 205)
Dedim: Bu da Sənin köməyini istəyər.
Dedin: Allahın sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)
Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedin: ِ(Elə isə) Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud, 90)
Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedin: Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və Allah Ardı »