1. Uca Allah Qurani Kərimə bir çox adlar vermişdir. Bunlardan bəziləri:
Quran, Furqan, Kitab, Tənzil… Bu adların Qurani Kərimdə dəlilləri var.
2. Uca Allah Qurani Kərimi müxtəlif ayələrdə bir sıra sifətlərlə təsvir etmişdir. Bu vəsflərin bəziləri bunlardır: nur, hidayət(Doğru yol), nəsihət, şəfa, rəhmət, mübarək(Bərəkətli, xeyirli, uğurlu, xoşbəxt, bolluq mənbəyi olan.), aşkar, müjdə, əziz, məcid(Ulu), bəşir(Müjdəçi, muştuluqçu, xoş xəbər verən), nəzir(Təhlükədən çəkindirən), kərim(Kərəm sahibi, şərəfli, hörmətli, mərd, comərd, mülayim xoş davranan) və sözün ən gözəli.
Uca Allah əziz kitabını dəyərləndirərkən aşağıdakıları söyləmişdir:
"Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan [Quranın təhdidlərindən] Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən sonra ürəkləri Ardı »