Maraqlı melumatlar → QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (2-ci əlamət: DƏCCALIN FİTNƏSİ) YEDDİNCİ MƏSƏLƏ
DƏCCALIN FITNƏ TÖRƏTMƏK IMKANLARI
Dəccal ilahilik (Üluhiyyət) iddiasındadır. O belə əməlləri törədə bilir ki, onlar insan nəfsində fitnə-fəsad doğura bilirlər.
1 - Yer üzünü sürətlə gəzməsi: Müslimin "Səhih" əsərində ən-Nəvvas bin Səmandan bu hədis verilir: "Peyğəmbərdən Dəccalın yer üzünü küləyin qovduğu yağış buludları kimi sürətlə dolaşması barədə soruşurlar. Peyğəmbər deyir ki, o, dünyanın bütün ölkələrində olacaq. Yalnız Məkkə və Mədinəyə girə bilməyəcəkdir”.
(Müslim "Səhih". Fitnələr kitabı. Dəccalın zikri fəsli: 18/50-57, hədis: 2937.)
Ənəsin hər iki "Səhih"də verilmiş hədisində deyilir: "Məkkə və Mədinədən başqa elə bir yer yoxdur ki, Dəccal orada olmasın"
(Səhih Camiis səğir". 5/99. Hədis: 5309)
Əbu Umamənin İbn Macədə, İbn Xüzeymədə və əl-Hakimdə verilən hədisində Ardı »