Maraqlı melumatlar → Muxtar Cəhənnəmdə Olacaq?
Muxtar cəhənnəmdə olacaq?
Sual verən şəxslər mühərrəmlik mövsümündə hörmətli din xadimlərimizdən birinin dilindən belə bir hədis eşitmişlər ki, guya Muxtar aşura faciəsini törətmiş canilərə həddən artıq amansız şəkildə divan tutduğuna və İslamın cəza qanunlarının həddini aşdığına görə qiyamət günündə cəhənnəmə salınacaq. Əhli-beytin üzvləri cəhənnəmin kənarından keçəndə Muxtar onları çağırıb şəfaət istəyər, onu cəhənnəmdən qurtarmalarını xahiş edər. Amma Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (ə) və İmam Həsən (ə) ona etina etməzlər. İmam Hüseyn (ə) də kömək etmədən ötüb keçmək istəyəndə Peyğəmbər (s) Ona buyurar ki, Muxtar üçün şəfaət et; çünki o, sənin intiqamını almaq üçün qiyam edib və sənin qatillərindən qisas Ardı »