Maraqlı melumatlar → Peyğəmbərimizin iftar və sahuru
Rəsulullah (s) shabələrinə iftar yeməyi verdiyi kimi, vaxtaşırı dəvət edildiyi iftar süfrələrinə gedir, bəzən sahurda da onlarla birlikdə olurdu. Ənəsin (r) rəvayət etdiyinə görə, Hz. Peyğəmbər (s) dəvət edildiyi iftar süfrələrində belə dua edərdi: "Oruc tutanlar oruclarını sizdə açsınlar, yeməyinizi yaxşı insanlar yesin, ətrafınıza mələklər ensin!"Abdullah ibn Zübeyrin rəvayətinə görə, bir iftar qonaqlığından sonra Allahın rəsulu (s) ev sahibinə xitabən buyurdu: "Oruclular evinizdə oruclarını açdılar. Yaxşı kimsələr yeməyinizi yedilər.
Mələklər də Allahdan bağışlanmanızı dilədilər".Hakim ibn Amrın bildirdiyinə görə, Peyğəmbərimiz (s) yemək yediyində heç bir zaman başqasının qabağından yeməzdi. Hz. Ömər (r) yeməklə bağlı: " Mədə dolusu yeməkdən çəkinin. Çünki çox yemək Ardı »