Maraqlı melumatlar → MƏZHƏBLƏRARASI YAXINLAŞMA VƏ DİALOQA DAİR ON PRİNS
İkinci prinsip HÜSNİ-ZƏNN [XOŞGÜMANLIQ]
Sünni-şiə dialoqunun və məzhəblərarası yaxınlaşmanın ikinci prinsipi bir tərəfin digər tərəf barəsində xoş gümanda olmasıdır. Bu prinsipin məzmunu ondan ibarətdir ki, İslam öz övladları arasnda hüsni-zənn əsasında münasibətlər yaradır. Yəni, qarşı tərəfin vəziyyətinə dair hansısa ehtimalların, təsəvvürlərin mövcudluğuna baxmayaraq, onun barəsində ən xoş ehtimalla düşünmək lazımdır.
Quranda deyilir:
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi [heç bir əsası olmayan zənn] günahdır.” [əl-Hucurat, 12]
Ayədə qeyd edilən “günaha səbəb olan zənn” başqaları barədə bədgüman olmaqdır.
Əl-Hafiz ibn Kəsir bu ayəni təfsir edərkən yazır: “Uca Allah Özünün mömin qullarına çox zənnə-gümana qapılmağı qadağan edir. Bu [çox zənnə-gümana qapılma”], ailəyə, qohum-əqrəbaya Ardı »