Maraqlı melumatlar → Peyğəmbərimiz (s.ə.s) vida xütbəsi
Ey mömünlər!
Sizə əmanət qoyub gedirəm. Siz ona sarıldıqca, yolunuzu azmayacaqsınız. O əmanət Allahın kitabı Qurani-Kərimdir.
Ey Əshabım!
Nəfsinizə zülm etməyin. Nəfsinizin də üzərinizdə haqqı vardır.
Ey İnsanlar!
Allah, hər kəsə düşən miras haqqını Quranda bildirmişdir. Hər cani öz günahından dolayı məsuliyyət daşıyır. Heç bir caninin işlədiyi cinayətə görə övladı məsuliyyət daşımır. Heç bir övladın da günahından dolayı atası məsuliyyət daşımır.
Ey insanlar!
Bir il on iki aydır. Bunlardan dördü haram aylardır. Bunlardan üçü arxa-arxaya Zilqaddə, Zilhiccə, Məhərrəmdir. Dördüncüsü Rəcəbdir.
Ey insanlar!
Allaha qulluq edin. Beş vaxt namazınızı qılın, orucunuzu tutun. Əmirlərimə itaət edin. O təqdirdə Rəbbinizin Cənnətinə girə bilərsiniz. Dində ifrata varmayın. Sizdən öncəkilərin məhv Ardı »