Maraqlı melumatlar → O BİRİ DÜNYA ÜÇÜN YOL AZUQƏSİ
“Əməl tərəzinizin savab gözünü sədəqə ilə ağırlaşdırın”. “Sədəqə imkanlı adamların xəzinəsidir”.
Imam Əli ibn Əbu Talib (ə).
Hicrətin birinci və ikinci əsrlərinin qovşağında yaşamış məşhur müsəlman alimlərindən biri də Mühəmməd ibn Müslim Zühəridir. Zühəri Qüreyş soyundan idi, onun ulu əcdadı Zühərə ibn Kilabla Peyğəmbərin ulu babası Qüseyy qardaş idilər. Zühəri əvvəllər Əməvi xilafətində dövlət qulluğunda olmuşdu, buna görə də Əhli-beytə mənfi münasibət bəsləyirdi. Bir gün öz vəzifəsini icra edərkən bir məhkuma o qədər işgəncə verdi ki, məhkum dözməyib canını tapşırdı. Zühəri günahını başa düşüb tövbə etdi. Amma vicdanı ona əziyyət verdiyi üçün Mədinə ətrafındakı dağlara çəkildi, bir mağarada ibadət etməyə Ardı »