Maraqlı melumatlar → ALLAHı tanı
1-İmam Əli(ə):-''Böyüyüb Allahımı tanımamaqdansa,uşaq ikən ölüb behiştə gedməyi sevirəm.''
2-Rəsuli-Əkrəm(s): -''Əməllərin ən yaxşısı Allahı tanımaqdır.Elm,əməlinin az və ya çox olmasından asılı olmayaraq sənə xeyir verər.Nadanlıq isə əməlinin az və çox olmasına baxmayaraq sənə mənfəət verməz''
3-İmam Əli(ə):-''Əgər fikrini bir yerə yığıb yollarını arasan,görərsən ki,qarışqan yaradan elə həmin xurma ağacını da yaradandır.(Bu yaranış) onlarda işlənmiş məharətli bir zərifliyi və seçimi göstərir.Onlar böyük-kiçik,ağır-yüngül,güclü-zəif olmalarına baxmayaraq,yaranışda Allah üçün eynidirlər''
4-İmam Rza(ə):-''Dedim Allah lətifdir,çünki lətafəti yaratmışdır və lətif olan şeylərə agahdır.Onun yaratdıqlarını əsər-əlamətini həm incə,həm də incə olmayan bitkilərdə,xırda və böyük canlılarda,ağcaqanad və ondan da kiçik olan,gözlə görünməyən erkək və dişiliyi bilinməyən heyvanlarda görmürsənmi?!. Onun yaratdıqlarını incəlik və Ardı »