Maraqlı melumatlar → ALLAHIN DİNİNƏ DƏVƏT EDƏNİN AZUQƏSİ (Beşinci azuqə)
Dəvətçi özü ilə insanlar arasında olan maneələri aradan qaldırmalıdır. Çünki, dəvət edən çox qardaşlar var ki, insanların pis bir əməl üzərində olduqlarını, günaha qurşandıqlarını görüb günaha qarşı kin, nifrət bəslədiklərinə görə onların yanına getmirlər, bu insanları dəvət edərək düşdükləri vəziyyətdən çıxarmağa çalış¬mırlar.
Bu xətadır, hikmətdən uzaqdır. Əksinə onların yanına gedib onları Allahın dininə dəvət etmək, haqqı çatdırmaq, sevdirmək və əzabla qorxutmaq hikmətli olmağın nümunəsidir. Onları günahkar, etdiklərini də günah adlandıraraq onla¬ra haqqı çatdırmamaq daha da uçurumlar və daha da böyük günahlara yol açar. Ey insanları Allahın dininə dəvət etməyi öz üzərinə götürmüş müsəl¬man, əgər sən onların yanına gedib bu dini onlara izah Ardı »