Maraqlı melumatlar → Nur İçində Nur
Nur İçində Nur
Bu kirlənmiş dodaqlarda Səni öymək nə günah!
O dil-dodaq öysün Səni, virdi Quran,Bismillah!
Nida gəlir göylərdən: Lə iləhə illallah!
Ey kamalı Kamalullah! Misg qoxuyan vucudu!
Sən öyrətdin ümmətinə Haqq önündə sücudu!
Xəbərlər üçün giflər
Çəmən çiçək fısıldasın o mebarək ismini!
Bağ –bağçada qızılgüllər xətm eyləyib rəsmini!
Həsrətindən coşan sular dil-dil ötür vəsfini!
Ilahidən sevilən Sən, öyülən Sən,ancaq Sən!
Amalına ,kamalına ,camalına min əhsən!
Xəbərlər üçün giflər
Sübhə işıq,gözə nursan! Işıq ölməz, nur ölməz!
Təcəllinlə ölməyənlər qiyamətdə dirilməz!
Şəfqətinlə örülməyən yıxıq könül örülməz!
Sən könüllər memarısan: şəfa Səndə,ruh Səndə!
Ömrümüzə bahar əsər Sən qəlblərə əsəndə!
Xəbərlər üçün giflər
Dəva Səndən, şəfa Səndən,Kani-irfan! Ya Rəsul!
Övliyalar mürşidisən, Fəxri-Cahan,Ya Rəsul!
Sübhi məsa,nuri əhad,mülkə sultan Ya Rəsul!
Gözəlliyin səbəbkarı göydə Allah,yerdə Ardı »