Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarFərdi xüsusiyyətləri dua etməklə dəyişmək olar?

Sual: Əssələmu aleykum va rahmətullah. Mənim üçün çox mühüm olan bir suala cavab verərsə ilk öncə Allaha və daha sonra da şeyximizə çox minnətdar olaram. Bilmək istəyirəm ki, Allah təalanın məndə yaratdığı xasiyyətlərimin bir və yaxud birdən çox yönlərini dəyişmək üçün dua etsəm görəsən Allah mənim duama cavab verər? İstəyirəm ki, bunlar dəyişdikdən sonra mənim təbii xüsusiyyətlərimin bir hissəsinə çevrilsin. Cəzaka Allahu xeyr. Vəssələmu aleykum va rahmətullah.

Cavab: Həmd Allaha məxsusdur.

Allah hər şeyə Qadirdir. Siz Ona səmimi qəlbdən, ixlasla dua etsəniz sizin duanıza cavab verər. Allah təala (mənaca tərcümədə) buyurur: “” (əl-Bəqərə 2:186)

İnsanda problemli xasiyyətin aradan qaldırılmasında duanın faydalı Ardı »

Maraqlı melumatlarUca RƏBBİM haqqında

ALLAH
Allah (və ya Tanrı, Xuda, Pərvərdigar, Yaradan, Xudavənd, Rəbb) - (ərəb dilində اﷲ — əl-Lāh) adətən monoteist dinlərdə və daha çox İslamda istifadə olunan ən böyük qüvvəyə, yaradıcıya verilən addır. Sözün mənbəyi Qurandır. Bəzi müsəlmanlar "Allah" sözünün ardınca ərəbcə "onun şanı ucadır" mənasına gələn "cəllə cəlaluhu" deyirlər.

Quranda Allahın 99 adı göstərilsə də bu ad özünün bütün ad və sifətlərini ehtiva edir. Birmənalı şəkildə sözün hansı sözdən əmələ gəldiyini tam bilinmir, çünki ərəb dilində bir sözün kökü başqa sözlə mütləq əlaqəli olur. «Allah» sözünün "əl-İlah" ya da "əl-Laha" sözlərindən gəlmə ehtimalı var.

Quranda deyilir: "Allah təkdir və heç bir şəriki yoxdur" [1]

Uca RƏBBİM Ardı »

Maraqlı melumatlar: Evlilik təklifi edəcəyim qızla şəriətə görə necə tanış olmalıyam?

Sual-Gənc bir qıza evlilik təklifi etmək üçün getdikdə onunla hansı şəkildə danışmalıyam ki, onu əqidəsini, dindarlığını, əxlaqını və davranışları barəsində öyrənim? Onunla oturmağıma şəriətdə icazə verilir?

Cavab-Evlilik təklif edəcəyi qadına namizədin (oğlanın) baxmasına icazə verilir, lakin onunla bir yerdə tək (heç kəsin olmadığın bağlı bir yerdə) qalmamalıdır. Çünki bu barədə Sünnət (yol) peyğəmbərdən sallallahu aleyhi və səlləm səhih olaraq varid olmuşdur. Namizəd ondan (evlənəcyi qadından) və yaxud onun vəlisindən (atası, qardaşı və s.) evliliyə dair onun üçün vacib olan məsələləri soruşa bilər.

Fətəvə İsləmiyyə, Darussalam, cild 5, səh.209 Ardı »

Maraqlı melumatlar**NaMaZ_QiLaNiN_29_MuKaFaTi**

Zemir ibni Hebib neql edir
ki,islam Peygemberinden
(s.a.v.a) Namaz baresinde
sorushdular,oda buyurdu: 1-
Namaz dinin vacib
emellerindendir.2-Allahin
raziligina sebeb olur.3-
Peygemberlerin yoludur.4-
Meleklerin mehebbetini celb
edir.5-Hidayet ve imandir. 6-
Merifet nurudur.7-Ruzinin
bereketidir.8-Bedenin
rahatligidir.9-Sheytanin
xoshuna gelmeyen emeldir.10-
Kafirler muqabilinde
cihaddir.11-Duanin qebul
olmasina sebeb olandir.12-
Emellerin qebul olmasidir.13-
Möminin axiret azuqesidir. 14-
Ölüm meleyinin yaninda
shefaetcidir.15-Insanin qebr
dostudur.16-Qebrde insan ucun
istirahetdir.17-Nekir ve Munkirin
cavabidir.18-Qiyametde
bendenin tacidir.19-Muselmanin
üzünün nurudur.20-Insanin
libasidir.21-Ateshle insan
arasinda perdedir. 22-Ateshle
insan arasinda delildir.23-
Cehennemden nicat
vasitesidir.24-Siratin
körpüsünden keciddir.25-
Behishtin acaridir.26-Hurul-
eynin mehebbtidir.27-Behishtin
qiymetidir.28-Insani en yuksek
meqama catdiran Namazdir. 29-
Namazda,Allaha
tesbih,tehlil,tekbir,temcid ve
teqdis olduguna göre danishiq
ve duadir.
......................................... Ardı »

Maraqlı melumatlarHəya

İslamın həyanı əmr etməsi, onun əzəmətini və gözəlliyini bildirir. Hər bir dinin öz əxlaqı meyarı varsa, İslamın əxlaqı da həyadır.
Peyğəmbər(sav) -in buyurduğu kimi:
Həya yalnız xeyir gətirir"(Buxari: 10\ 521\ ? 6117. Müslim: 1\ 64\ ? 37.)

Həyalı əxlaq ən gözəl, əzəmətli, üstün və çox faydalı əxlaqdır. Həm də o insana xas olan xüsusiy¬yət¬lər¬dəndir. Kimin həyası yoxdursa insanlıqda onun payı yalnız bədənindəki ət, qan və onun zahiri görünüşüdür. Belə adamda xeyirdən də bir pay olmaz. Əgər həya olmasaydı qonağa hörmət olunmaz, vədə sadiqlik olmaz, əmanətlər qaytarılmaz, heç kəsin ehtiyacı ödənilməz, insan yaxşı işləri axtarmaz, pisliklərdən çəkinməz, ayıb yerlərini qorumaz, fahişəlikdən çəkinməzdi. Çox Ardı »

Maraqlı melumatlarFatimənin(s.ə) Nuru

Bizim cəmiyyətdə qadın çox sürətlə dəyişir. Dövrün təsirləri onu tarixi xüsusiyyətlərindən məhrum edir, qadını öz istədiyi formaya salır. Ona görə də agah qadın üçün bu əsrdə ən ciddi sual “necə olmaq?”dır.
Qadın anlayır ki, mühitin təsirləri altında olduğu kimi qala bilməz. Şəxsiyyətli qadın dövrün maskasını taxıb dəyişmək istəmir. O, özü üçün yeni simanı özü seçmək istəyir. Amma necə? Onun üçün həm keçmişdən irs qalmış qiyafə, həm də bərbəzəkli müasir maskalar darıxdırıcıdır.
İkinci bir sual yaranır: Biz müsəlmanıq. Azadlıq eşqində yanan bizim qadın böyük bir mədəniyyətə bağlıdır. Bu mədəniyyət öz sərmayəsini İslamdan götürür. Uyğun mühitdə şəxsiyyətcə azad olmaq istəyən, həm qədim mövhumatlardan və həm Ardı »

Maraqlı melumatlarMÜSİBƏTLƏ İMTAHAN

ər-RAHMAN və ər-RAHİM olan ALLAH`ın Q adı ilə...

Şübhəsiz ki, həmd ALLAH`a məxsusdur! Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik! Nəfslərimizin şərindən və pis əməllərimizdən ALLAH`a sığınırıq! ALLAH kimə hidayət versə onu heç kim azdıra bilməz. Kimi də azdırsa ona heç kim hidayət verə bilməz. Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Həmçinin şəhadət edirəm ki, Muhəmməd (sav) Onun qulu və Rəsuludur. ALLAH Ona, ailəsinə və əshabına xeyir-dua və çoxlu salam etsin!..

ALLAH`dan kamil bir təqva ilə layiqincə qorxun ey ALLAH`ın qulları! Çünki təqva ilə nemətlər artar və bəlalar uzaqlaşar.
Ey müsəlmanlar! UCA ALLAH , məxluqatın Ardı »

Maraqlı melumatlarCox Ibretlidir

Çox ibrətli hekayə(şeytan oxumanıza mane olacaq.Amma oxuyun)


Nənəmin bir zamanlar mənə dediyi bu sözləri yadıma salanda utanıram: "Heç namazı da gecikdirərlər?" Nənəmin yaşı yetmişi adlasa da, azan səsini eşidən kimi dərhal yerindən qalxar, dərhal dəstəmazını alar və namazını qılardı. Ancaq mən hələ də nəfsimə qalib gələ bilmirdim. Hər zaman namaza gec qalxar, ya da vaxtında qılmazdım. Bu səbəbdən namazı tez-tələsik qılmalı olurdum. Hər gün bu vəziyyətlə qarşılaşırdım.



Günlərin bir günü yerimdən qalxdım. Saata baxdım. Şam namazını yenə də gecikdirmişdim. İsha azanının verilməsinə isə hələ 15 dəqiqə qalmışdır. Peşman bir şəkildə: "Yenə də namazı gecikdirdim", - deyə öz-özümə gileyləndim. Tez bir zamanda dəstəmazımı aldım, Ardı »