Azərbaycanın müharibələri → Helsinki Vətəndaş Assambleyası
Avqustun 30-da "Helsinki Vətəndaş Assambleyası"nın (HVA) Gəncə ofisində Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin ailələri ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan HVA-nın Gəncə filialının sədri Akifə Əliyeva iştirakçıları əvvəlcə 1992-1994-cü illərdə itkin düşmüşlərin siyahısı və fotoşəkilləri ilə tanış etdi. Bildirdi ki, rəsmi statistikaya əsasən, Qarabağ müharibəsi zamanı 4812 nəfər itkin düşüb. Sonra o, Azərbaycan Respublikasının qanunvericiliyinə görə yalnız beş ildən sonra itkin düşənlərə şəhidlik statusunun verilməsi məsələsindən də söhbət açdı. Bildirdi ki, bu qanun onların ailələri arasında böyük narahatlıq doğurur. İtkin düşmüş əsgərlərin ailələrinin nümayəndələri də danışaraq, öz növbələrində HVA-ya təşəkkürlərini bildirdilər və qeyd etdilər ki, bu günə kimi hələ Ardı »