Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Şəhidlər Xiyabanında dəfn olunanlar (Ağdam)

Bağırov Allahverdi Teymur oğlu (1946-1992)
Cəbrayılova Səmayə Sarı qızı (1950-1992)
Əmirov Təvəkkül Baxış oğlu (1954-1992)
Əmirova Yeganə Təvəkkül qızı (1986-1992)
Əzimov Həsənbala Şahmar oğlu (1935-1992)
Əzimova Pərvanə Hüseyn qızı (1947-1992)
İsgəndərov Əlabbas Qara oğlu (1958-1992)
Mahmudova Roza Səfər qızı (1930-1992)
Məmişov Talış Hüseyn oğlu (1921-1992)
Orucov Fazil Ənvər oğlu (1961-1992)
Orucov Telman Ənvər oğlu (1957-1992)
Orucova Xəyalə Telman qızı (1986-1992) 6 yaş
Paşayev Baxşeyiş Xanəhməd oğlu (1936-1992)
Rüstəmov Hidayət Eldar oğlu (1970-1991)
Rzayev Canpolad Yaqub oğlu (1968-1992)
Rzayev Qərib Talış oğlu (1969-1992)
Səfərova Pəri Muxtar qızı (1930-1992)
Səlimov Araz Bahadır oğlu (1960-1992) Ardı »

Azərbaycanın müharibələri‎Fariz Qəhrəmanov

Həyatı[redaktə]
29 mart 1974-cü il Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə burada nəktəbi bitirmişdir. 1992-ci il iyun ayında hərbi xidmətə çağırılır.

Döyüşlərdə iştirakı[redaktə]
"N" saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştitrak edir. Bu batalyon onlarla erməni yaraqlısını məhv etmişdi.

1994-cü il Ağdərə rayonunda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən cəbhəyə dönür.

1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir.

1995-1996-cı illərdə Türkiyə Respublikasında Jandarm və Komanda Məktəbində təhsil almışdır.

Hazırda bir zabit kimi Fariz Vətənin keşiyindədir.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qəhrəmanov Fariz Çoban oğlu "Azərbaycanın Milli Qəhrəmanı" Ardı »

Azərbaycanın müharibələri‎Adil Baxşəliyev (tarixçi)

Həyatı[redaktə]
Baxşəliyev Adil Baxşəli oğlu 1959-cu ildə Ağdam şəhərində anadan olub. 1976-cı ildə Ağdam şəhər 3 nömrəli orta məktəbi "əla" qiymətlərlə bitirib. 1977-ci ildə Xankəndi Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olub, 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Həmin ildən də Əsgəran rayonunun Xocalı kəndində ilk pedaqoji fəaliyyətinə başlayıb. 1983-cü ildə indiki AMEA-nın Tarix İnstitutuna dissertant qəbul olunub. 1990-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialına müəllim vəzifəsinə təyin edilib.

1996-cı ildə "XVII əsrin 40-cı illərində Azərbaycanın sosial-iqtisadi vəziyyəti və mədəni həyatı (E.Çələbinin "Səyahətnaməsi" əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2005-ci ildə isə "Səfəvilər dövründə Azərbaycanın Ardı »

Azərbaycanın müharibələri‎Mikayıl Mustafayev (şəhid)

Həyatı[redaktə]
Mikayıl Murtuzəli oğlu Mustafayev 3 oktyabr 1974-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunun (Ağbaba mahalı) Düzkənd kəndində anadan olub. 1981-ci ildə həmin kəndə orta məktəbə gedib. 1988-ci ildə erməni millətçilərinin azərbaycan ailələrini Erməistandan çıxartması ilə əlaqədar didərgin düşərək ailələri ilə birlikdə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. 1991-ci ildə Bayan kəndində orta məktəbi bitirmişdir.

1992-ci ildə hərbi xidmətə çağrılmışdır. Vətən üğrunda gedən doyüşlərdə iştirak etmişdir. 28 fevral 1993-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən (Canyataq-Gülyataq) döyüşlərdə şəhid olmuşdur.Daşkəsən şəhərində şəhidlər xiyabanında dəfn olunmuşdur.Bitirdiyi Bayan kənd orta məktəbinə onun adı verilmişdir. Ardı »

Azərbaycanın müharibələri‎Daşqın Əliyev

Həyatı[redaktə]
Əliyev Daşqın Bəşir оğlu 1976-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayоnunun Manikli kəndində anadan olmuşdur. Qaçqın düşdükdən sonra Bərdə rayоnunun Yеni Daşkənd kəndində məskunlaşıblar. Tovuzun Əlibəyli, Vahidli kəndlərində döyüşmüşdür. 12 mart 1997-ci ildə Maraldağ yüksəkliyində minaya düşərək əmisi oğlu Elşən Əliyev ilə birlikdə şəhid olmuşdur. Bərdə rayоnunun Yеni Daşkənd kəndində dəfn оlunmuşdur. Ardı »

Azərbaycanın müharibələri‎Nazim Quliyev

Həyatı[redaktə]
Quliyev Nazim Qabil oğlu 7 fevral 1967-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır.

Döyüşlərdə iştirakı[redaktə]
1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır. Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarla yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bilmişdi. O, Cuvarlı, Tuğ, Məlikcanlı, Arış kəndlərində rəşadətlə vuruşmuşdur. 9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə Ardı »

Azərbaycanın müharibələri‎Səyyarə Səyyaf

Həyatı[redaktə]
Səyyarə Səyyaf 1979-cu il iyulun 18-də Ağdam şəhərində anadan olub. Orta məktəbi Quba rayonunda bitirib. Məktəbi bitirdikdən sonra 1996-cı ildə Tibb Texnikumunun əczaçılıq fakültəsinə qəbul olunub, daha sonra 1998-ci ildə Təfəkkür Universitetinin jurnalistika fakültəsinə daxil olub və 2002-ci ildə əmək fəaliyyətinə başlayıb. 2002-2005-ci illərdə Lider televiziyasında müxbir vəzifəsində işləyib. İTV-də "Ovqat" ədəbi-bədii verilişinin aparıcısı olub. Hazırda AzTV-də yayımlanan "Səhər sovqatı" verilişinin aparıcısıdır.

Selcan adlı bir qızı var. Ardı »

Azərbaycanın müharibələri‎Girov (film, 2005) - Filmin heyəti

Filmin heyəti[redaktə]
Film üzərində işləyənlər[redaktə]
İdeya : Eldar Quliyev
Ssenari müəllifləri : Eldar Quliyev, Natiq Rəsulzadə
Quruluşçu rejissor : Eldar Quliyev
Quruluşçu operator : Rafiq Quliyev
Quruluşçu rəssam : Mayis Ağabəyov
Bəstəkar : Səyavuş Kərimi
Səs operatoru : Əsəd Əsədov
Qrim üzrə rəssam : Elbrus Vahidov
Geyim üzrə rəssam : Məlahət Hümbətova
Rejissor : Akif Rüstəmov
Montaj edən : Gülşən Səlimova
Operator : Rəşad Nuriyev
Dekor rəssamı : Əziz Məmmədov
Redaktor : Vaqif Məmmədov
İcraçı prodüserlər : Vladimir Dudniçenko, Arif Səfərov
Prodüser : Xamiz Muradov
Çalır : Ağacəbrayıl Abbasəliyevin idarəsilə Azərbaycan Xalq Çalğı Alətləri ansamblı
Muğamların ifaçısı : Teyyub Aslanov
Musiqi redaktoru : Rauf Əliyev
Rejissor qrupu : Elman Qasımov, Nonna Müzəffərova, Çingiz Həsənov, Anar Quliyev
Operator qrupu : Rasim Nəbiyev, Ceyhun Quliyev, Ardı »