Azərbaycanın müharibələri → Eyvaz Zeynalov
Həyatı[redaktə]
18 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olub. S.Bayramov adına Ağdam 1 nömrəli orta məktəbi 1969-cu ildə, V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini 1973-cü ildə bitirib.
“Qəlibə sal” adlı ilk hekayəsi hələ orta məktəbin 9-cu sinfində oxuyarkən “Lenin yolu” qəzetində çap olunub.
1990-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” (povest, hekayələr) adlı ilk ki¬tabı çapdan çıxmıb. 1999-cu ildə “Bahalı şokolad qutusu”, 2007-ci ildə “Qırmızı almalar” (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə “Qarabağ hekayələri” (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə “Hekayələr”, 2008-ci ildə “Qış günəşi” (povestlər, hekayələr), 2013-cü ildə “Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”) kitabları çap edilib.
2010-cu ildə Tiflisdə iki dildə - azərbaycan və Ardı »