Baxşeyiş Hətəmli - Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının prezidenti, 1998-ci ildən “Ağdam” qəzetinin, 2004-cü ildən həm də “Qeyrət qalası” qəzetinin redaktorudur.
Baxşeyiş Hətəmli 1963-cü ilin fevral ayının 15-də Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1970-80-ci illərdə Ağdam rayonunun Əliağalı kənd orta məktəbində oxumuşdur. 1981-82-ci illərdə, 1984-1987-ci illərdə Ağdam rayonunun M.F. Axundov adına sovxozunda fəhlə işləmiş, 1982-1984-cü illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmişdir.
1981-90-cı illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində oxumuş, jurnalist ixtisası almışdır. 1987-ci ilin sentyabr ayından isə “Ağdam” qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. O, 1991-ci ilin noyabr ayının 1-dən 1996-cı ilin yanvar ayının 23-dək Azərbaycan Milli Ordusunun 836 və 708 saylı Ardı »