Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Zakir Məcidov

Həyatı[redaktə]
1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açmışdır. 1963-cü ildə 17 saylı Bakı şəhəri orta məktəbinə getmiş, təhsilini 70 saylı orta məktəbdə tamamlamışdır. Orta təhsilini 1963-73-cü illərdə Bakıda başa vurduqdan sonra, Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi almışdır. Vətənə dönən gənc Zakir, əmək fəaliyyətinə başlayaraq, bir müddət Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləmişdi. 1980-ci ildə (1982) təyinatla Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin Ardı »

Azərbaycanın müharibələri‎Balahüseyn Mirqəzəb oğlu

Balahüseyn Mirqəzəb oğlu"20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb

Haqqında[redaktə]
1929-cu ildə Bakıda anadan olub. 2704 nömrəli avtomobil xəstəsində sürücü işləyib. Martın 24-də vəfat edib. Mərhum Yeni Suraxanı qəbiristanlığında dəfn edilib. Bu ünvanda yaşayıb: Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Oktyabr küçəsi, 20. Ardı »

Azərbaycanın müharibələri‎Sarıçoban kurqanı

Sarıçoban kurqanı — e.ə XII-XI əsirlərə aid kurqan

Azərbaycanın e.ə III-I minilliklər dövrü tarixinin öyrənilməsində kurqanların böyük əhəmiyyəti var.Onların tədqiqi qədim tarixin bir çox mürəkkəb və qaranlıq məsələlərinin vəhtət halında öyrənilməsinə imkan yaradır. Döğrudur məişət qəbir abidələrinin kompleks araşdırılması əldə olunan nəticələrin elmi dəyərini daha da artırır.

Ağdam rayonunun Xındırıstan kəndi yaxınlığında yerləşən Sarıçoban kurqanında aparılmış tədqiqatların nəticələri bunu bir daha sübut edir. Sarıçoban abidəsi Tərtər rayonundakı Borsunlu və Bəyimsarov kurqanlarından sonra Azərbaycanda üçüncü möhtəşəm tayfa başçısı kurqanıdır.Maraqlıdır ki, hər üç abidə qısa tarixi dövrün-e.ə XIII-X əsrlərin yadigarıdır.

Hündürlüyü 5 diametri 45-50 m olan konusvari torpaq kurqan örtüyü altında aşkar edilmiş qəbir kamerası qeyri-adi Ardı »

Azərbaycanın müharibələri‎Adil Qaçayoğlu

Həyatı[redaktə]
Adil Qaçayoğlu 1955-ci il iyunun 3-də Ağdamda anadan olub. Orta məktəbi Balakən rayonunda bitirib. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. İlk iş yeri "Şən həyat" (indiki "Balakən") qəzeti olub.

1981-1991-ci illərdə o dövrün ən oxunan qəzetlərindən olan "Azərbaycan gəncləri"ndə çalışıb (müxbir, şöbə müdiri). Sonrakı illərdə "Həyat" (indiki "Azərbaycan"), "Yeni fikir", "Ülfət" qəzetlərində işləyib. 90-cı illərin ikinci yarısında populyar "Panorama" gündəliyinin baş redaktor müavini olub. Bundan sonra "Detektiv", "525-ci qəzet", "Yeni yüzil", "Bizim əsr", "Gün səhər", "Yeni Müsavat" qəzetlərində çalışıb. Müxtəlif mövzulu publisistik yazıların müəllifi, xüsusilə də futbol yazarı kimi tanınıb.

2008-ci il may ayının 4-də Bakıda vəfat edib.

Qarabağ mövzusunda silsilə Ardı »

Azərbaycanın müharibələri‎Ceyhun Mirzəyev - Filmoqrafiya

777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rejissor assistenti
Axtaran tapar (film, 1980)
Ay müştəri... (film, 1986)
Bakıda küləklər əsir (film, 1974)
Baş tutmayan ziyafət (film, 1981)
Bəxtəvər (film, 1984)
Bəyin oğurlanması (film, 1986)
Bir məhəllədən iki nəfər (film, 1957)
Bir məktubun izi ilə (film, 1982)
Buxarlanan vədlər (film, 1980)
Çarə (film, 1981)
Cazibə qüvvəsi (film, 1964)
Cazibə qüvvəsi (film, 1985)
Çətin sual (film, 1979)
Damğa (film, 1984)
Daş münasibət (film, 1983)
Defisit qliserin (film, 1975)
Dəli Kür (film, 1969)
DHD (film, 1982)
Eksperiment (film, 1984)
Əlamət (film, 1982)
Ən vacib müsahibə (film, 1971)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Əsl dost (film, 1959)
Fəryad (film, 1993)
Fırıldaqçı (film, 1983)
Görüş (film, 1955)
Gözdən uzaq... (film, 1985) (II)
Gözəyarı (film, 1984)
Hamıya! Hamıya!! Hamıya!!! Ardı »

Azərbaycanın müharibələri‎Yaddaş (film, 2010) - Filmin heyəti

Filmin heyəti[redaktə]
Film üzərində işləyənlər[redaktə]
Ssenari müəllifi: Vahid Mustafayev (Vahid Naxış kimi)
Quruluşçu rejissor: Vahid Mustafayev
Quruluşçu operatorlar: Yuri Varnovski, Əli Sultanov, Hikmət Əsgərov
Quruluşçu rəssam: Şahin Həsənli (I)
Bəstəkar: Yaşar Baxış
Səs rejissoru: Uğur Səfərov
Montaj edən: Elşad Rəhimov
İcraçı prodüser: Elman Əsədullayev (Elman Höccətoğlu kimi)
Baş redaktor: Mailə Muradxanlı
Baş prodüser: Vaqif Əsədullayev
Məsləhətçi: Mirşahin Ağayev
Redaktor : Kamran Qasımov
Səhnələrə məsul : Adil Azay, Rövşən Ağayev, Anar Almazov
Operator yardımçıları : Pərvin Cavadov, Anton Varnovski
Tərtibatçılar : İbrahim Əminov, Natiq Şəkərəliyev
Arabaçılar : Qabil Yəhyayev, Etibar Həbibov, Ramiz Nağıyev, Muxtar Hüseynov
Kran ustası : Emin Yəhyayev
İşıqçılar : Şəmsi Qədirov, Rövşən Vahabov, Rəhman Əhmədov
Elektrik : Rauf Məmmədov (II)
Bummen : Əli Bayramov
Xüsusi effektlər : Əlibala Məmmədov
Rəng tənzimləyicisi : Ardı »

Azərbaycanın müharibələri‎Tofiq İsmayılov (akademik) - Fəaliyyəti

Fəaliyyəti[redaktə]
1967-ci ildən 1985-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində işləmişdi (fizika institutunda baş mühəndis, Rəyasət Heyəti yanında işləmələr və tətbiq şöbəsinin müdiri, "Xəzər" elmi mərkəzinin direktoru, Kosmik Tədqiqatları Elm İstehsalat Birliyinin baş direktoru) 1985-ci ildən keçmiş SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru və baş konstruktoru olmuşdu. 1969-cu ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi, 1979-cu ildə isə doktorluq işini uğurla müdafiə edərək texnika elmləri doktoru adını almışdı, bir qədər sonra isə professor elmi adına layiq görülmüşdü. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdi. Ardı »

Azərbaycanın müharibələri‎Ələsgər Qayıbov

Haqqında[redaktə]
1966-cı il martın 15-də Gürcüstan SSR Qaraçöp mahalının Yormuğanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi.

Şəhid olması[redaktə]
20 Yanvar gecəsi xeyli yaralıya kömək etmişdi. «Gənclik» metrosunun yanından neçə dəfə 5 nömrəli xəstəxanaya gedib-qayıtmışdı. Mürəkkəb cərrahiyyə əməliyyatı aparıldı. Yanvarın 21-də səhər saat 7-də keçinmişdir. Ardı »