Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QastroenterologiyaHərəkətli həyat tərzi olan insanlarda bağırsaq xərçənginin əmələ gəlmə ehtimalı daha azdır

Vaşinqton Universitetinin Tibb Fakültəsi mütəxəssisləri, idman və böyük poliplər arasındakı əlaqəni araşdıran 20 təcrübənin nəticələrini qarşılaşdırıblar.

İngilis Xərçəng Jurnalında yayımlanan tədqiqatda az hərəkət etməklə polip arasındakı əlaqə haqqında ən dəqiq nəticələrin əldə edildiyi bildirilir.

Buna görə, mütəmadi olaraq idman eləyən insanlarda, idman etməyənlərlə müqayisədə, polipə 16% daha az rast gəlinib. Böyük ya da irəliləmiş polip növlərində bu nisbət 30%-dir.

Adenom olaraq da bilinən poliplər və bağırsaqlarda əlavə olaraq əmələ gələn çıxıntılar, xərcəng deyil amma zaman keçdikcə xərcəngə cevrilə bilərlər.

İngiltərənin Xərcəng Tədqiqat Dərnəyinin məlumatına görə, bağırsaq xərcənglərinin çoxunun əmələ gəlmə səbəbi poliplərdir. İngiltərədə hər 4 nəfərdən birində 50 yaşına qədər bir ya da daha cox Ardı »

QastroenterologiyaSirroz

Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarını həyata keçirə bilmir.

Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir.
Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazim gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paçalanması, bağırsaqlarda yağların paçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi Ardı »

QastroenterologiyaQERX nədir?

Biz yemək yeyən zaman mədəmiz turşu ifraz edir. İfraz edilən turşunun rolu mədəyə daxil olan qidanı həzm etməkdir. Təsəvvür edin ki, onun aqressivliyi avtomobil akkumulyatorlarında olan turşu ilə müqayisə edilə bilər. Amma mədəmiz elə qurulmuşdur ki, belə aqressiv turşu ilə təmasdan zədələnmir. Amma qida borusu mədə turşusu ilə təmasda olmağa hazır deyil və onun təsirindən zədələnə bilir. Mədə mötəviyyatının qida borusuna geri qayıtması və onu zədələməsi Qastroezofageal Reflüks Xəstəliyi (QERX) adlanır.

Normada qida borusunun mədəyə keçdiyi yerdə qapaq mexanizmi mövcud olur və qida mədəyə daxil olan bu qapaq açılır, mədə dolu olan zaman isə qapanaraq qidanın və mədə mötəviyyatının geri qayıtmasına Ardı »

QastroenterologiyaAssit nədir?

Assit (hidroperiteneum, qarın boşluğunda maye) qarın boşluğuna mayenin toplanmasıdır. Assit sözü yunan sözü olan askos sözündən götürülüb kisə mənasını verir. Normal insanlarda qarın boşluğunda maye olmur və ya çox az miqdarda olur. Məsələn, qadınlarda menisturasiya tskilindən aslı olaraq qarın boşluğunda 20 ml-ə qədər maye ola bilər. Odur ki, qarın boşluğunda mayenin çox olması hər hansı bir patoloji prosesin mövcud olması şübhəsi yaradır.
Səbəbləri

Qarın boşluğunda maye toplanmasının əsas səbəbləri aşağıda göstərilmişdir:

Peritonit

- Bakterial mənşəli peritonitlər
- Vərəm mənşəli peritonitlər

Portal hipertenziya

- İntrahepatik - qaraciyər daxili blok – məsələn, qaraciyər şişləri, sirroz, xroniki hepatitlər və s.
- Prehepatik blok – qaraciyər önu blok – məsələn, qapı venasının trombozu, Ardı »

QastroenterologiyaQaraciyər (Sarılıq)

Qaraciyər bədənin sağlamlığını qoruyan əsas orqanlardan biridir. Qidanın mənimsənilməsi və qan dövranın tənzimlənməsində qara ciyərin funksiyanı böyükdür. Qida rejiminin pozulması, həzmin çətinləşməsi qara ciyərin işini ağırlaşdırır. Öd kisəsi və öd yolunun iltihabı qara ciyərin xəstələnməsinə səbəb olur.
Təcrübədə sınanmışdır ki, qaraciyəri xəstə olanlar üçün yağlı ət, yumurta, pendir, ağır yeməklər zərərdir. Onlar daha çox meyvə-tərəvəz işlətməlidirlər.
Xörəkdə sarıkök işlətmək qara ciyər xəstələri üçün faydalıdır. Limon şirəsi qara ciyərin fəaliyyətini tənzimləyir, öd kisəsinin işini asanlaşdırır. Qara ciyər böhranlarını sakitləşdirmək üçün 5–10q quru rəvənd kökünü qaynanmış suda dəmləyib, yeməkdən qabaq 1 fincan içirlər. Yaxşı vasitələrdən biri də 25q yabanı kasnı yarpağını 1L suda dəmləyib işlətməkdir. Ardı »

QastroenterologiyaSəbəbsiz qarın ağrısına biganə qalmayın

Mütəxəssis Dr. Həsən Taşçı, çoxlu çəki itkisi ilə əlaqədar yaranan qarın ağrısı, ürək bulanması, qusma və sarılıq kimi narahatlıqlara diqqətli olmaqdan danışıb.
Daha çox qarın ağrısının əlamətlərinə fikir verməyin vacib olduğunu qeyd edib. Şiddətli qarın ağrısının simptomlarına qəfləti və ya yayılan qarın ağrıları, peritonal əlamətlər, bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma), qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi, tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi), defekasiya (nəcisin ifrazı) aktının olmaması, ümumi vəziyyətin pozulması aiddir.
Səbəbsiz qarın ağrıları, həzm sistemi pozuqluqları, qusma, zəifləmə, kürək ağrıları kimi vəziyyətlərdə mədəaltı vəzi (pankreasda) pozuqluqları da yaradır.
Bu səbəbdən pankreasla əlaqədar hər cür Ardı »

QastroenterologiyaÖddaşı xəstəliyi

Yaranma səbəbləri:
1.Hamiləlik
2.Oturaq həyat tərzi
3.Çox yemək
4.Rejimsiz qidalanma


Klinik əlamətləri:
1.Sağ qabırğaaltında ağrı
2.Epiqastral öd kisəsi nahiyəsində ağrı
3.Brodikardiya
4.Öyümə
5.Qusma
6.Sidik ifrazının ləngiməsi
7.Qızdırma
8.Sarılıq
9.Gəyirmə
10.Ağızda acılıq


Müalicəsi:
1.Cərrahi müdaxilə (əksər hallarda)
2.Hərəkət
3.Kurort müalicəsi
4.Xolesteramin Ardı »

QastroenterologiyaProbiotiklər ishalı önləyir

Məlumata görə səyahətçilərin, müəyyən qidaları requlyar qəbul edənlərin, immunodefisitli insanların, gündəlik tibbi xidmət iştirakçılarının daha çox ishal riski ilə qarşılaşa bilməsi deyilir.
Lakin günümüzdə ishalı önləmənin yollarının çox olduğu məlumdur. Həmin yollara yeməkdən əvvəl və tualetdən döndükdən sonra əlləri yumaq, çirkli əşyaları uşaqların ağzına aparmasının qarşısını almaq, spirt əsaslı əl gellərindən tez-tez istifadə etmək, tam bişirilməmiş ət yeməmək, antibiotik qəbulu və s. aid edilir.
Antibiotikdən istifadə edən xəstələrin eyni dövrdə probiotik qəbul etmələrinin faydalı olacağı bildirilir. Məlumata görə antibiotiklərdən gözlənilən effektiv təsir yetərli olmadıqda probiotiklər kömək edir.
Mütəxəssislərə görə, probiotik, mədə və bağırsaqlardakı bakteriya miqdarını nizamlayaraq xəstənin ishal olmasına maneə törədir. Ardı »