Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QastroenterologiyaMədə yırtığı

Məlumata görə mədə yırtığı daha çox mədənin bir qisminin diafraqma yolu ilə sinəyə çıxıntı etdiyi zaman meydana gəlir.
Diafraqma qarınla sinəni ayıran əzələ qatından örtü hesab olunur. Mədə yırtığından söhbət etdikdə yemək borusu haqqında məlumata sahib olmaq vacibdir.
Yemək borusu boğazı mədəyə bağlayan kanal hesab olunur. Mədə yırtığının müalicəsində ilk növbədə diqqətə alınması lazım olan əlamətlərdir.
Həmin əlamətlər yüngül olduqda bu istiqamətdə əsaslı müalicəyə ehtiyac duyulmur. Lakin həyat tərzinə uyğun olaraq müalicəyə ehtiyac duyulduqda və həkim məsləhət bildikdə müalicə prosesi gecikdirilməməlidir.
Sadə müalicə prosesində lazımi proseduralardan əlavə aşağıdakılar məsləhət görülür:

• Gün ərzində iki və ya üç böyük yemək payları yemək əvəzinə kiçik Ardı »

QastroenterologiyaReflüks xəstəliyi və ondan qorunma yolları

Günümüzdə reflüks xəstəlyi haqda bir çox internet mənbələrində müxtəlif cür məlumatlar var. Reflüks mədə narahatlıqları kimi bilinən və ictimai həyata təsir edən ən pis narahatlıqlardan biri hesab olunur. Bu xəstəliyin əmələ gəlməsinə səbəb olan qidaları və sonra reflüksa qarşı sizi qoruyan qidalar haqqında məlumatlara baxaq.
Yağlı qidaların həzm baxımından mədəyə çətinlik yaratdığı və bu səbəblə mədədə çoxlu turşu ifraz olunduğu və reflüksun meydana gəlməsinə şərait yaratdığı bildirilir. Bu səbəblə duzlu konservləri, qızartmaları və qoruyucu maddəli yeməkləri istifadə etmək məsləhət görülmür. Məlumatda pomidor tərəvəzinin tərkibində olan "likopen" sayəsində son dərəcə faydalı olduğu, lakin reflüks problemi olanların ağrılarını ön plana çəkdiyi bildirilir. Çünki Ardı »

QastroenterologiyaQurd xəstəliklərinin müasir müalicəsi

Son illər qurd xəstəliklərinə yoluxma xeyli artmışdır. Bunların içərisində nematodozlar, enterobioz, askaridoza yoluxma daha geniş yer tutur.
Statistik məlumatlara əsasən, insan orqanizmində 250-dən artıq helmint parazitlik edir.
Respublikamızda isə 65 növ helmint qeydə alınmışdır ki, bunların içərisində 18-20 növü daha çox təsadüf olunur.
ÜST-ün məlumatına əsasən dünyada hər il təqribən 1,2 mlrd insan askaridoza , 900 milyondan çox ankilostomoza, 700 milyona yaxın insan isə trixosefalyoza yoluxur.

Hər bir qurd növünün insan-sahibinin bədənində xarakter lokalizasiyası var. Qurd xəstəlikləri uşaqlar və böyüklər arasında olduqca geniş yayılıb, xüsusən də kontakt çox olduğundan məktəbəqədər və məktəbli uşaqlarda təhlükə daha böyükdür. Əsas əlamətləri ürəkbulanma, iştahasızlıq, gecələr yatan zaman Ardı »

QastroenterologiyaBağırsaq iltihabı və xəstəlikləri

Həzm kanalında ortaya çıxan və ümumiyyətlə xroniki iltihablardan hesab olunan bağırsaq iltihabı xəstəliyi, bağırsaq divarında xora, şişmə, yaralanma, qanama və zədələnmə kimi əlamətlərlə özünü göstərir.
İltihabı bağırsaq xəstəliyinin ülseratif kolit və kron xəstəliyi kimi bilinən 2 növü var. Lakin bəzi məlumatlarda bildirilir ki, iltihabı bağırsaq xəstəliyinin adı çəkilən xəstəliyə bənzəməyən bir növü də var. Hər ikisində alovlanma və ya yatışmaların görüldüyü bildirilir. Alovlanma dövrünü ardından ibarət olan səssizlik dövründə xəstəlik qismən sakitləşir və şikayətlənmələr ortadan qalxır.
Bağırsaq iltihabının müalicəsində qoyulmuş diaqnoza uyğun fiziki müayinə, laborator tapıntılar və qalın bağırsağın göstərmə üsulları müəyyən edilir. Nəcis və qanın laboratoriyada tədqiq edilməsi əhəmiyyət daşıyır.
Müalicə, xəstəliyi Ardı »

QastroenterologiyaXroniki qəbzlik sindromu

“Qəbizlik” termini altında bağırsağın boşalma funksiyasının dayanıqlı və ya gəlib-keçən (intermittə edici) pozulması nəzərdə tutulur. “Qəbizlik sindromu” dedikdə isə bağırsağın boşalma prosessinin pozulması nəticəsində meydana çıxan və əsasən subyektiv xarakter daşıyan simptomların məcmusu başa düşülür.

Xroniki qəbizliyin əsas əlaməti onun xəstədə 12 aydan çox çəkməsidir, bu zaman patoloji prosesin daimi va ardıcıl xarakter daşıması zəruri deyil. Bu kriteriya 1999-cu ildə həzm sisteminin funksional pozulğunluqları üzrə keçirilən 2-ci Roma konsensusu tərəfindən təklif edilmişdir və ayrıca təsnifat vahidləri olan “Funksional mənşəli qəbizlik” və “Qəbizliklə müşayət olunan qıcıqlanmış baqırsaq sindromu”na da aiddir. Bundan əlavə bu kriteriya istənilən xroniki prosesin, o cümlədən istənilən digər mənşəli xroniki Ardı »

QastroenterologiyaZəncəfil bağırsaqları xərçəngdən qoruyur

Mütəxəssislər sübut ediblər ki, zəncəfilli əlavələr bağırsaqları iltihabi markerlərdən qoruyur. Onlar belə qənaətə gəliblər ki, zəncəfilin kökündə olan hansısa maddə bağırsaq xərçənginin inkişafının qarşısını almağa qadirdir. Bu barədə “”Web MD” yazır.

Trend-in məlumatına görə, Miçiqan Universitetinin Tibb Məktəbinin əməkdaşı Suzanna Zik araşdırmanı şərh edib. “Bitki hüceyrələrinin nümunəsində bir çox elmi işlər göstərir ki, zəncəfil iltihab əleyhinə xassələrə malikdir. Aparılan təcrübələr zəncəfilin şişlərin əmələ gəlməsinə mane olduğunu göstərdi”, - o deyib.

Tədqiqat zamanı 30 nəfərlik qrupdan ibarət könüllülər arasında sərbəst qaydada 2 qramlıq zəncəfil tozu və plasebo (boş dərman - psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti) paylayıblar. Onları dörd həftə ərzində hər Ardı »

QastroenterologiyaTurşu kələm mədə xorasının sağalması prosesini sürətləndirir

ABŞ qastroenteroloqları aydınlaşdırmışlar ki, kələm müxtəlif mədə-bağırsaq xəstəliklərinin müalicəsi prosesini sürətləndirir.
Həkimlər mədə xorası diaqnozu qoyulmuş xəstələrə turşu kələm yeməyi məsləhət görürlər.
Turşu kələm sağalma prosesini iki dəfə tezləşdirir.
Mədə xorasının tam müalicə kursu 21 gün çəkir. Bu müddət xoranın bitişməsi üçün kifayətdir.
Müşahidələr göstərmişdir ki, yemək rasionuna turşu kələmin əlavə edilməsi nəticəsində xora nəinki 21 gün ərzində bitişir,
həm də bu xəstəliyin bütün əlamətləri yoxa çıxır. Ardı »

QastroenterologiyaAnal qaşınma

Anal nahiyədə qaşınma (pruritus ani) tez-tez rast gəlinən narahatçılıqlardan biridir. Bu, adi bir hal və ya hər hansı bir ciddi xəstəliyin əlamətı ola bilər. Aparılan statistik tədqiqatlara görə anal qaşınma əhalinin 5%-ində rast gəlinir və kişilərdə qadınlara nisbətən çox qeyd edilir. Anal qaşınma hər yaş dövründə rast gəlinsə də daha çox 40-70 yaş arasında meydana çıxır. Anal qaşınma axşamlar və ya defekasiya aktından sonra daha çox qeyd edilir. Rütubətli və isti hava şəraiti də anal qaşınmanı provakasiya edən faktorlardan hesab edilir.

Səbəblər:

- Dərinin quruması və xəstəlikləri. İnsan yaşa dolduqca dəri qurumağa meyilli olur və bu səbəbdən davamlı və intensiv anal qaşınma Ardı »