Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PulmonologiyaBronxial astma

Bronxial astma – ilk növbədə bronxların – agciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmani qeyri-allergik astmadan fərqləndirirlər.

Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır.

Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir cox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur.

Simptomlar və gedişat

Fiziki təsirdən Ardı »

PulmonologiyaBronxit..

Bronxlar udulan havanı ağ ciyərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır. Uyğun olaraq, bronxit – bronx divarları selikli qişasının iltihabıdır.

Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var.

Tənbəki tüstüsü və toz bronxit xəstəliyi risqini artırırlar. Hətta “passiv siqaret çəkmə” xəstəlikdən sonra zəifləmiş orqanizm üçün son faktor olaraq bronxların iltihabını törədə bilər. Xüsusən də bu valideynləri siqaret çəkən uşaqlara aiddir. Bu halda bronxitdən əlavə uşaqlarda bronxial astma Ardı »

PulmonologiyaSarkodioz

Sarkodioz - sistemli xəstəlikdir, və bu halda orqanizmin toxumalarında qranulemlər əmələ gəlirlər Demək olar ki, bütün üzvlər zədələnirlər, əsasən limfa düyünləri, ağciyər, qaraciyər, öd kisəsi, nadir hallarda böyrəklər, dəri, gözlər, sümüklər və s. Çox vaxt tənəffüs üzvlərinin zədələnməsi müşahidə olunur.

Sarkodioz əsasən gənc və orta yaşlı adamlarda, bir qədər çox qadınlarda olur. Xəstəliyin səbəbi indiyədək naməlumdur.

Xəstəliyin gedişatını 3 mərhələyə ayırırlar. I mərhələ doş limfatik düyünlərin böyüməsi ilə xüsusiyyətlənir. II mərhələdə ağciyəırin orta və aşağı şöbələrində müxtəlif ölçülü ocaqlar əmələ gəlir. Təxminən xəstələrin üçdə birində I və II mərhələlərdə hissediləcək subyektiv pozulmalar olmur və xəstəlik rentgenoflüoroqrafik araşdırmalarda aşkar olunur. III mərhələdə birləşdirici toxumanın Ardı »

PulmonologiyaXammen-Riç sindromu

Xammen-Riç sindromu diffuz interstisial inkişafda olan ağciyər fibrozudur; prosesin yalnız ağciyərdə lokallaşması ilə fərqlənir, terapiyanın effekti az olur, çox vaxt ölümlə nəticələnir. Xəstəlik nadir hesab olunur, lakin baş vermə tezliyi getdikcə artır.

Etiologiya naməlumdur. Güman olunur ki, bu autoimmun patogenezdir. Əsas patomorfoloji substrat – ağciyərin diffuz funksiyasının pozulmasına gətirən alveol-kapillyar blokdur. Alveol arakəsmələrin kükürdlü-fibrinli islanması, alveollarda bol fibrin və markofaqlı eksudatın olması, birləşdirici toxumanın ifadəli şaxələnməsi və sklerozlanması, hialin membranların alveollarda olması xarakterikdirlər; ağciyər sıxılır, qırmızı-qonuru rəngdə, boz xətlər toru və bullyoz emfizema ocaqları olur.

Simptomlar və gedişat

Aparıcı və daimi simptomlar – yüksək ifadəli, artan və terapiyaya müqavimət göstərən təngnəfəslik və sianozdur. Hipoksemiya Ardı »

PulmonologiyaÖskürək

Öskürək – bu, tənəffüs yollarının keçirmə qabiliyyətin bərpa etməyə istiqamətlənmiş refleksdir. İnsan həyatında bu tez-tez baş verməsi ilə müstəsnalıq təşkil edir. Əsasən bu müdafiə reaksiyası tənəffüs yollarından tozu, yad hissəcikləri, bronxial ifrazatı çıxarmağa xidmət edir.

Öskürəyin səbəbləri coxdur. İlk növbədə, bu iyə, bitki tozcuqlarına (burada variantlar kifayət qədərdirlər) olan allergik reaksiyadır. Allergik öskürək artaraq bronxial astmaya çevrilə bilər, ona görə də allergeni müəyyən edərək ondan qaçmağa çalışmaq lazımdır.

Kəskin respirator infeksiyasında iltihab prosesinin harada baş verməsindən asılı olaraq ayırırlar:

•tonzillit - badamcıqlarda; •rinit, və ya zökəm – burun boşluğu selikli qişasında; •faringit – udlaqda, bu halda adam boğazda qıcıqlanma, gicişmə hiss edir; Ardı »

PulmonologiyaKörpələrdə xroniki ağciyər xəstəliyi

Xroniki ağciyər xəstəliyi yeni doğulan körpələrdə nəfəs almada çətinlik və s. problemlərə yol açır.
Xroniki ağciyər xəstəliyinin səbəblərindən biri yarımçıq doğumdur. Erkən doğulan körpələrdə daha çox olur.
Doğum müddətində nadir hallarda baş verən problemlər ağ ciyərlərə maye yığılmasına səbəb olur. Ağciyərlər maye ilə dolduğundan bu xəstəlik yaranır.
Körpələr normal olaraq daha aşağı ağırlıqda doğulurlar. Bu zaman yarımçıq doğulan körpələrin ağciyərləri hələ tam olaraq inkişaf etmir. Bu vəziyyət xroniki ağciyər xəstəliyinə səbəb olan bir sıra infeksiyalara və digər xəstəliklərə yol açır. Çünki, yarımçıq doğulan körpələrdə tənəffüs problemləri olur.
Ürəkdə olan problemlər də ağciyər xəstəlikləri yaradır. Doğuşdan gələn anomaliyalar da ağciyərlərin inkişafına mənfi təsir göstərir.
Bu Ardı »

PulmonologiyaAğciyər emfizeması

Ağciyərin emfizeması anlayışı ağciyər toxumasının hərəkətliliyinin düşməsi və havalılığının yüksəlməsi anlayışlarının birləşməsidir.

Çox vaxt ağciyər bütövlükdə zədələnir (diffuz emfizema). Bəzən ağciyərin doldurulmuş hissələri normal ağciyər toxumalarına uyğunlaşırlar. Belə sahələri bulla, emfizemanı bulyoz adlandırırlar.

Xəstəliyin əsas səbəbi xroniki bronxitdir. Ümumiyyətlə, xroniki bronxitin nəticəsi ağciyər emfizemasının formalaşmasıdır.

Bulyoz emfizemanın inkişafında əsas rolu nəsillik faktorları, həmçinin keçirilmiş ağciyər xəstəlikləri (vərəm və s.) oynayırlar. Siqaret çəkmək, havanın müxtəlif toz hissəcikləri ilə çirklənməsi xəstəliyin inkişafına təkan verirlər.

Simptomlar və müalicə

Təngnəfəslik, çəlləyəoxşar döş qəfəsi, onun tənəffüs ekskursiyalarının azalması, qabırğalararası məsamələrin genişlənməsi, körpücük nahiyəsinin şişməsi, perkutor qutu səsi, zəif tənəffüs, ürəyin nisbətən küt nahiyəsinin kiçikləşməsı, diafraqmanın aşağı durumu və Ardı »

PulmonologiyaAstmaya botoks müalicəsi

Bildiyimiz kimi bronxial astmanın düzgün müalicəsində əsas profilaktik tədbirlər, rasional nəfəsalma üsulu və individual hipoallergen pəhriz effektlidir.
Botoks tətbiqi də astma müalicəsinə yaxşı təsir göstərir.
Avstraliyalı həkimlərin tədqiqatlarına görə, üzdəki qırışların müalicəsində istifadə edilən botoks bəzi xəstələrdə astma problemlərini azaldıb. Əzələlərdə yaranan spazmlar səbəbi ilə nəfəs almaqda çətinlik çəkən bir çox xəstənin səs telləri inyeksiya sayəsində müalicə görüb. Həkimlər xüsusi ilə səs tellərini qoruyan əzələlərə inyeksiya tətbiq ediblər. Əzələləri qismən iflic edən botoksla xəstələrin rahatlaması və daha asan nəfəs almaları təmin edilib. Botoksun təsirinin 2 aydan çox sürdüyü bildirilir.
Araşdırmaya imza atanlardan Phillip Bard, qeyd edib ki, bəzi xəstələr bir neçə inyeksiyadan sonra Ardı »