Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PulmonologiyaSiqaret ve fəsadlari

Siqaretin zererlerine dair.
1.Siqaret tutun bitkisinin (Nicotina tabacum) qurudulmus olan yarpaqlarindan hazirlanir.TUtun muxtelif vasitelerle,yeni burunotu ile,trubka ile cekile biler.TUtun ister trubka,ister mustukle cekilsin,isterse de tutunun yarpaqlarindan hazirlanmis uzun ve qalin siqaretlerden istifade olunsun,butun bunlar nikotinin insan orqanizmine gosterdiyi zererli tesirin qarsisini ala bilmez.TUtunun ve her cur siqaretin zerersiz olani cekilmeyenidir.Bir sozle,insan orqanizmi ucun en zererli olan sey,hec subhesiz ki,siqaret cekmek verdisidir.
2.Siqaretin tustusunde 4000-e qeder kimyevi maddenin oldugu mueyyenlesdirilmisdir.Gorduyunuz kimi,siqaretin tustusundeki 4000-e qeder movcud olan maddenin hec birisinin insan orqanizmine bir faydasi yoxdur ve bunlarin hamisi zererlidir.Bunlardan en zererli olanlari ise nikotin,qetran,karbon monoksit (CO) ve xerceng yarada bilen (kanserogen) maddelerinden ibaretdir.
Nikotinden tibbi meqsedler Ardı »

PulmonologiyaKəskin respirator xəstəliklər (KRX)

Əgər boğazınız ağrıyırsa və burnunuz axırsa, sümükləriniz ağrıyırsa və hərarətiniz qalxıbsa, deməli, sizə soyuq dəyib, elmi dildə isə KRX. İl ərzində sahə həkimi tərəfindən qoyulan diaqnozların əksəriyyətində KRX yazılır

KRX – dörd ümumi əlamətləri ilə birləşmiş xəstəliklər qrupudur.

1.Onlar infeksion mənşəlidirlər. Viruslar, bakteriyalar tərəfindən törənirlər 2.Xəstəlik törədiciləri orqanizmə hava-damci yolu ilə - tənəffüs üzvləri vasitəsilə keçirlər. 3.KRX zamanı birinci növbədə məhz tənəffüs üzvləri zərər çəkirlər. Ona görə də xəstəliyi respirator adlandırırlar, yəni "tənəffüslə əlaqəsi olan". 4.Bütün KRX tez inkişaf edirlər və qısamüddətli olurlar.

KRX törədicinin növündən asılı olaraq üç yerə bölünürlər:

•kəskin respirator-virus infeksiyaları (KRVİ), bura aiddirlər qrip, paraqrip, adenovirus infeksiyası. Ardı »

PulmonologiyaPnevmoniya

Pnevmoniya -ağ ciyərin iltihabıdır.

Pnevmoniyanı aşağıdakı formaları vardır.

1) birincili krupoz pnevmoniya, ocaqlı pnevmoniya (bronxopnevmoniya);
2) tənəffüs üzvlərində və digər üzvlərdə xroniki xəstəliklərlə birgə baş verən pnevmoniya (xroniki bronxit və s.);
3) stasionarda olan ağır xəstələrdə yaranan pnevmoniya;
4) zəifləmiş immunitet fonunda yaranmış pnevmoniya (QİÇS, bəzi preparatların uzunmüddətli qəbulu və s.).

Çox vaxt birincili pnevmoniyalar inkişaf edirlər, onlardan daha çox yayılan ocaqlı pnevmoniyadır.

Xəstəliyin yaranmasında müxtəlif bakteriyalar (adətən, pnevmokokklar), viruslar və digər törədicilər rol oynayır. Kimyəvi və fiziki agentlər - kimyəvi maddələrin ağ ciyərə təsiri (benzin), termik faktorlar (soyuqlama və ya yanıq), radioaktiv şüalanma – adətən, infeksiyalaşma ilə birgə. Pnevmoniya ağ ciyərlərdə allergik reaksiyanın nəticəsi ola bilər.

Xəstəliyin Ardı »

PulmonologiyaMetallokoniozlar

Metallokoniozlar - peşə ilə bağlı ağ ciyər xəstəlikləridirlər, bəzi metal tozlarının nəfəs yoluna düşməsi ilə şərtlənirlər: berillioz - berillium tozları, sideroz - dəmir tozları, alüminoz - alliminium tozları, baritoz - barium tozlarının törətdiyi xəstəliklərdir və s.

Ən xoşxassəli gedişat metallokoniozlarda olur, onlar üçün ağ ciyərdə birləşdirici toxumaların azacıq şaxələnməsi ilə rengenokontrast tozların (dəmir, qalay, barium) ağ ciyərdə toplanması xarakterikdir. Əgər bu metal tozlarının təsiri aradan götürülərsə, bu pnevmokoniozlar inkişaf etmirlər; ağ ciyərin rehtgenokontrast tozlardan öz-özünə təmizlənməsi nəticəsində prosesin geriyə dönməsi mümkündür.

Bəzi metallokoniozlarda xəstənin orqanizminə zəhərləyici və allergen təsiri üstünlük təşkil edən tozlarda (berillium, kobalt və s.), bəzən gedişatı ağir olur. Ardı »

PulmonologiyaGünəş bu xəstəliyin düşmənidir

Qidalanma problemləri olanlar pis mühitdə və günəş şüası görməyən məkanlarda yaşayırlarsa vərəm riski həmin şəxslərdə yüksək olur.
Tənəffüs yolu ilə bulaşan bu xəstəlik ölümə də səbəb ola bilər. Bu xəstəlik insanın immuniteti zəif olan zaman meydana gəlir. Gecə tərləmə, on beş gündən daha çox sürən öskürək, bəlğəm çıxarma, çəki itkisi və iştahsızlıq xəstəliyin ən əhəmiyyətli əlamətləri arasındadır. Bu cür əlamətləri olanlar, vaxt itirmədən sağlamlıq qurumuna müraciət etməlidirlər. Erkən diaqnoz və müalicə həyatı qurtara bilər.
Məlumatda oda bildirilir ki, vərəm diaqnozu qoyulan adam ən az 6 ay dərman istifadə etməlidir. Xəstəliyin müalicəsində dərmanların müntəzəm istifadə edilməsi əhəmiyyətlidir. Vərəmdə erkən diaqnoz və müalicə həm Ardı »

PulmonologiyaPlevrit

Plevrit – plevranın səthində fibrinoz təbəqə və ya onun boşluğunda maye əmələ gəlməsi ilə müşaiyət olunan iltihab xəstəliyidir. Həmişə ikincilidir, bor çox xəstəliklərin ağırlaşması və ya sindromudur, lakin müəyyən dövrdə kliniki şəkildə əsas xəstəliyi kölgələyərək ön plana keçə bilər.

İnfeksion təbiətli plevritlərin yaranması spesifik törədicilərin (vərəm mikobakteriyaları, ağ treponema) təsirsizliyi və qeyrispesifik (pnevmokokklar, stafilokokklar, bağısaq çöpü ,viruslar, göbələklər və s.) infeksiyalarla bağlıdır; törədicilər plevra boşluğu pozulmalarında plevraya təmas yolu ilə keçirlər, limfogen, hematogen yollarla. Çox vaxt plevritin inkişaf səbəbi birləşdirici toxumaların sistemli xəstəlikləri (revmatizm, sistemli qırmızı qurdeşənəyi və s.) olurlar; yeni əmələgəlmələr; tromboemboliya və ağ ciyər arteriyalarının trombozu. Plevritlərin çoxunun patogenezi allergikdir. Ardı »

PulmonologiyaVərəm bakteriyalarını dərhal müəyyən edən üsul tapılıb

Britaniya alimləri vərəm bakteriyalarını 1 saat ərzində aşkar edən həssas test metdokisı hazırlayıblar. Bu iş Sağlamlığın Mühafizəsi Agentliyi tərəfindən işlənib hazırlanıb.

Bu tibbi texnologiyanın müəllifləri, yeni üsul ilə bütün vərəm bakteriyalarının aşkar edildiyini vurğulayır.

Dünya Səhiyyə Təşkilatının təxnminlərinə əsasən, 2008-ci ildə dünyada vərəmdən 1,3 mln insan ölüb.

Təxmini hesablamalara görə, vərəm xəstəliyinə səbəb olan bakteriya yer kürəsində yaşayan insanların ücdə bir hissəsində mövcuddur və onlardan yalnız 5 faizində bu xəstəlik inkişaf edə bilər. Bununla belə, vərəmdən hər il milyonlarla adam tələf olur.

İnsanda vərəm bakteriyasının olub-olmadığını müəyyən etmək çox çətindir. Bunun üçün iki aya qədər vaxt tələb olunur. O vaxta qədər isə xəstəlik başqa adamlara Ardı »

PulmonologiyaAğ ciyərin infarktı

Ağ ciyərin infarktı – ağ ciyər arteriyası şaxələrinin trombozu və ya emboliyası ilə şərtlənən xəstəlikdir (əsasən uzun və daha kiçik kalibrli arteriyalarda olur). Hesab edirlər ki, ağ ciyər infarktı ağ ciyər arteriyaları tromboemboliyasının (ACATE) 10-25% hallarında rast gəlinir.

Xəstəliyin əsasında çox vaxt böyük qan dövranı venaları (aşağı ətrafların, kiçik çanağın, çanaqüstü, aşağı vena boşluğunun və s.), az hallarda isə ürəyin sağ boşluğunun patologiyaları dayanır. Periferik flebotrombozların inkişafına meylliliyi cərrahi əməliyyatları, doğuşdan sonrakı dövr, xroniki ürək çatışmazlığı, uzun boru sümüklərinin sınması, bədxassəli şişlər, uzunmüddətli immobilizasiya (o cümlədən, yataq rejimi) artırır.

Ağ ciyər damarlarının trombozuna qan cərəyanının durğunluğu və ağ ciyərə axmasının yavaşıması, Ardı »