Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dermatologiya:İsti havalarda dəri xəstəliklərinə diqqət!

Erciyes Universitetinin Prof. Dr. Əkrəm Aktaş, havaların istiləşməsi ilə əlaqədar dəri xəstəliklərinə qarşı diqqətli olmağı məsləhət görüb.

Onun sözlərinə görə günəşli havalar bəzi insanlarda dəri soyulmasına səbəb olur. Bunun üçün pillinq müalicəsi tətbiq etmək lazımdır.
Sədəf xəstələri üçün günəşli havalar yaxşı olduğundan bu xəstələr qumda günəşlənən zaman "pua müalicəsi" etdirməlidir. Pua müalicəsi süni günəş şüaları ilə də tətbiq olunur. Yay gəldikdə bir çox insan günəşlənərək bu müalicəni təbii şəkildə alırlar. Bunun sayəsində qışda artan sızanaqlar isti havalarda düzəlir.
Həmçinin yay aylarında ayaq göbələyi kimi xəstəliklərdən ehtiyyatlı olmaq lazımdır. Ayaqlarını qurulamadan corab geyən insanlarda bu xəstəliklər ola bilər.
Bu baxımdan namaz qılan insanlar da gərək dəstəmaz Ardı »

Dermatologiya:Ayaq tərləmələrinin səbəbləri, müalicə üsulları

İnsan vücudunun tərləmə səbəblərinə gəlin birlikdə nəzər salaq.
Tərləmənin səbəbləri fizioloji və psixoloji ola bilər. Psixoloji tərləmə insan utanarkən və ya qorxarkən, həyəcanlanarkən vücudda hərarət artar bu zaman bu hərarəti aşağı salmaq üçün tərləmə vücudun verdiyi reaksiyadır. Eyni zamanda vücuddakı toksinlər tərləmə nəticəsində ifraz olurlar. Əslində tərləmək insan sağlamlığı üçün önəmli və faydalı bir mexanizmdir.

Lakin vücuddakı bəzi bölgələr var ki,onların tərləməsi insanlara daima fziki və psixoloji cəhətdən narahatçılıq vermişdir. Onlardan ən önəmlisi isə xoşagəlməz qoxuya səbəb olan ayaq tərləmələridir. Ayaqların həddindən artıq tərləməsinə tər vəzilərinin normadan artıq işləməsi, xoşagəlməz qoxuya səbəb isə ayaqqabının içində qalan ayaqlarda yaranan bakteriyalardır. Hətta bəzən ayaqlar o Ardı »

Dermatologiya:Ziyillər

Ziyil insan vücudunun xaricində yaranan xala bənzər lakin xaldan çox-çox fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir. Ziyilə adətən ən çox əllərdə və barmaqlarda rast gəlinir.

Ziyilin əlamətləri.

Ətli xala bənzəyən lakin müxtəlif rəngdə (ağ,qara bəzən isə çəhrayı) əsasən əllərdə, barmaqlarda və dırnaq ətrafında olan nöqtələrdir. Kəsdikdə qanayır lakin ağrısız olur. Əllərlə yanaşı bəzən bədənin digər hissələrində də ziyillərə rast gəlmək mümkündür.
Bu hissələrdən aşağı ətraflarda, cinsi orqanlarda bəzən qadınlarda uşaqlıq yolunda, üzdə və.s hissələrdə rast gəlmək olar.
Ziyilin yaranma səbəbi HPV (human papilloma virus) virusudur. Bu virusun 100-dən artıq növü mövcuddur. Digər infeksion xəstəliklər kimi ziyillərdə yoluxucudur və bu yolla törəyir.

Müalicəsi.

Ziyilləri aradan qaldırmağın bir çox yollaraı Ardı »

Dermatologiya:Qaşıntının müalicəsi

Qaşıntının müalicəsi, əvvəlcə diaqnozun qoyulmasını tələb edir.

Əgər bir dəri xəstəliyi müzakirə aspektidirsə, əvvəlcə bu dəri xəstəliyinin müalicə edilməsi, qaşıntının aradan qaldırılmasını təmin etmək gərəkdir.
Qaşıntıya səbəb olan bir ekzema isə buna uyğun bir sıra antihistaminlər, kortizonlu kremlər, yumşaldıcı məlhəmlər, bunların yanında ekzema müalicəsində istifadə edilən bəzi tərkiblər ola bilər.

Bir infeksiya ya da qoturluq kimi bir parazitar xəstəlik söz mövzusudursa, bununla bağlı müalicələr edilə bilər. Ümumi bədən qaşınmasında, əgər bir daxili xəstəliyi varsa, əvvəlcə o xəstəliyə doğru istiqamətləndirici müalicələr aparılır. Bunun yanında da dərini rahatlaşdıran losyonlar, kortizonlu kremlərin həkim nəzarəti altında istifadə edilməsi lazımdır. Antihistamin deyilən allergiya dərmanları kimi dərmanlar, qaşıntıları olduqca Ardı »

Dermatologiya:Sızanaqsız dəri üçün karbohidratları azaldın

Sızanaqların əmələ gəlmə səbəbləri müxtəlifdir. Bura: follikul vəzilərinin tıxanması və bakteriyaların sürətli inkişafı, piy vəzilərinin hiperaktivliyi, iltihab və s. aiddir. Civzəli səpgi əsasən yetkinlik çağına, yəni bədəndə bir sıra hormonal dəyişikliklərin baş verdiyi dövrə təsadüf edir. Bu dövrdə dəri daha da yağlanır. Məhz, bu baxımdan dərini yağlaşdıracaq qidalardan (karbohidratları çox olan) istifadəni dayandırmaq lazımdır. Xüsusi ilə dəri xəstəliyi olanlar üçün qidalanma vərdişləri əhəmiyyətlidir.
Türkiyəli mütəxəssis Dr. Figen Axın da qida rasionunda diqqətli olmağı məsləhət görüb. Onun sözlərinə görə çoxlu meyvə-tərəvəz qəbulu, aşağı karbohidratlı qidalardan istifadə sızanaqların müalicəsinə yaxşı təsir göstərir. Gün ərzində içilən təmiz su dərini təravətli və elastik edir.
Fast-food, ət və Ardı »

Dermatologiya:Bir daha üzdəki sızanaqlar barədə

Həyatda tez-tez rastlaşdığımız sızanaq problemi bir dəri xəstəliyidir. İnsan həyatı üçün çox təhlükəli olmasa ona qarşı biganə olmaq da düzgün olmaz. Sızanaqlar dəridə ömürlük izi qalan çapıqlar əmələ gətirə bilər.
Dermatoloqlar qeyd edir ki, sızanaqlar irqindən və cinsindən asılı olmayaraq 11-30 yaş arasında hər zaman çıxa bilər. Lakin istisnalar da mövcuddur ki, 50 yaşında da insan bu problemlə rastlaşa bilər.
Sızanaqların yaranmasına səbəb nədir?
Dəqiq səbəbi bilinməsədə sızanağın vücuddakı androgen tipli hormonun səviyyəsinin qalxması zamanı ölü dəri hüceyrələrinin piy vəzləri vasitəsi ilə dəri xaricinə çıxması nəticəsində yarandığı düşünülür.
Sızanağın bir neçə növü mövcuddur.
• Ağ başlıqlı sızanaqlar-adətən dəri altında qalırlar və çox balaca olurlar.
• Qara başlıqlı Ardı »

Dermatologiya:Saç dərisinə qulluq

Həssas saç dərisi qaşıntı və təhriş hissi verir. Hava çirkliliyi, stressli həyat, saç tipinə uyğun olmayan şampunlarla saçları tez-tez yumaq xroniki bir narahatlıq yarada bilər. Saç dərisini qaşınma və istiliyi yüksək saç qurutma maşını ilə saçları qurutmaq da saç dərisinə zərər verə bilər.
Bütün bunlar dərini həssaslıq dərəcəsinə çatdırar. Qaşıntıdan əlavə insan saç dərisində quruluq və acı da hiss edir.
Pierre Fabre Dermo Kosmetikasının ən əhəmiyyətli markalarından hesab olunan Ducray-ın adlı yeni adlandırılan "SENSİNOL" məhsulu qaşıntı, batma, yanmağa qarşı anında rahatlaşdırıcı təsiri təmin edir. Yalnız səlahiyyətli əczaxanalarda satılır.
Tez istifadəyə uyğun olan Ducray Sensinol şampunu nəmli saça zərifcə masaj edilərək tətbiq olunur daha sonra Ardı »

Dermatologiya:Melanomanın müalicəsi mümkün ola bilər

Xərcəng üzrə ekspertlərin bildirdiyinə görə, dəri xərçənginin müalicəsi üçün uzun müddətdir gözlənilən yeni qaydaların təsdiqi melanomanın müalicəsində misilsiz nəticələr verəcək. Bu həftə ABŞ-ın Ərzaq və Dərman Administrasiyası bu üsuldan istifadəyə yaşıl işıq yandırıb.

Merks Farmakologiya şirkətinin atni-xərçəng Keytruda bölməsi bədənin immun sisteminin cavab verməsinə dair unikal bir əməliyyata başlayıb.
Belə ki, xərçəng şişləri immun sitemini sıradan çıxarır. Lakin Keytruda züllalardan istifadə etməklə immun sisteminin müqavimətini artırır.

Pembrolizumab adlı dərman preparatı çox az yan təsirləri olmaqla, effektivlik nümayiş etdirir.
Adi kimya terapiyası xərcəng hüceyrələrini məhv etməklə yanaşı, ciddi yan təsirlərinə malikdir.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası uzunmüddətli təhlükəsizlik sınaqlarından sonra Keytruda üsulunu təsdiq edib.

173 xəstə üzərində keçirilən Ardı »