Dermatologiya: → Ayağınız nəfəs alsın
Yay aylarında artdığı bildirilən ayaq göbələyi infeksiyası və bundan qorunma yolları haqqında "Hisar Intercontinental Hospital" xəstəxanasının dermatologiya mütəxəssisi Dr. Burçak Bozdemir məlumat verib.
Gənc kişilərdə sıxlıqla görülən ayaq göbələyi infeksiyasının, qadınlarda və uşaqlarda ola biləcəyini ifadə edən Dr. Bozdemir göbələk mikrobunun xüsusilə nəmli, qaranlıq və isti mühitdə ayaq dərisində böyüyüb çoxaldığını və infeksiya meydana gətirdiyini bildirib. Ayaqda qaşıntı, qabıqlanma, qızartı, yanma və qoxu kimi əlamətlərlə özünü göstərən ayaq göbələklərinə diaqnoz qoyulub, müalicə edilməzsə gövdə dərisinə və dırnaqlara bulaşa bilər. Ayrıca göbələk infeksiyası səbəbi ilə dəri bütövlüyü pozulduğu üçün çöldən girən bakteriyalar selülit və lenfanjit kimi daha şiddətli ikinci infeksiyalara yol açar. Ardı »