Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlı sülalələrNadirin Əfqanıstan yürüşləri

Narazılığın səbəbləri[redaktə]
Hələ 1597-ci ildə şah I Abbas tərəfindən abdali tayfasının başçısı Sado təyin edildi, bu tayfaya qilzaylar qarşısında üstünlük verdi. Abdali tayfası, şah I Abbasa Qəndaharın mühasirəsində yardım etdiyinə görə, Sado sultan titulu aldı. XVII-XVII əsrlərin kəsiyində abdalinin sayı olduqca çoxaldı. Onların arasında, Səfəvi şahlarından və onların təyin etdiyi Qəndahar hakimlərindən, narazılıq artırdı. Sadonun nəslindən olan Abdulla-xan Sadozayın Səfəvilərə qarşı təbliğatı xüsusi ilə təhlükəli idi. Herat bəylərbəyi Məhəmməd Zaman-xan Ustaclının ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edərək Abdulla öz oğlu Əsədulla ilə hakimiyyəti öz əlinə almağa çalışdı. Çevriliş alınmadı, çünki yeni təyin olunmuş bəylərbəyi Abbasqulu xan Şamlı, abdali tayfasına qarşı qüvvəsini cəmləşdirərək, Ardı »

Azərbaycanlı sülalələrXanbaba mirzə Qovanlı-Qacar

Həyatı[redaktə]
Təəssüf ki, şahzadə Xanbabaxan Bəhmən Mirzə oğlunun təvəllüd tarixini dəqiqləşdirmək mümkün olmadı. 1866-cı ildə M. F. Axundov böyük qızı Seyrəbəyimi Qacar şahzadələrindən Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə verir. Altı ildən sonra Seyrəbəyim vəfat edərək iki uşağı yetim qalmışdır. Bu hadisədən bərk sarsılan M. F. Axundov ölən qızından yetim qalan körpə nəvələrinin anasızlığını hiss etməmələri üçün kürəkənin gözəl əxlaqi keyfiyyətlərə malik bir gənc olmasını nəzərə alaraq ikinci qızı Nisə xanımı da Xanbaba xana ərə verir. Bəzi tədqiqatçılar yanlış olaraq bu uşaqların Nisə xanımdan olduğunu qeyd edirlər. M. Qacar isə Nisə xanımın doğma qızıdır.

Tiflisdə dərc olunan "Zarya Vostoka" qəzeti 1926-cı il nömrələrində Ardı »

Azərbaycanlı sülalələrXocalı soyqırımı qurbanları - S

Salahov Məhəmməd Əbdül oğlu (1931) qətl
Salahova Zəhra .... qızı (?) qətl
Səfərov Mübariz Əsəd oğlu (?-1992)
Səfərov Orduxan Aydın oğlu (1961-1992)
Səfərov Osman Aydın oğlu (1964-1992)
Səfərov Şahverdi Bəhlul oğlu (1956-1992)
Səfərova Pəri Muxtar qızı (1930-1992) qətl
Səfiyev Elxan Nəsib oğlu (1961-1992)
Səfiyev Sərvan Elxan oğlu (1991-1992) 1 yaş
Səfiyeva Gözəl Vəli qızı (1923-1992)
Səlimov Araz Bahadır oğlu (1960-1992)
Səlimov Bahadır .... oğlu (?-1992)
Səlimov Fəxrəddin Bahadur oğlu (1958-1992)
Səlimov Xəzər Səyavuş oğlu (1974-1992)
Səlimov Tofiq Seydi oğlu (1968-1992)
Səlimova Adilə Allahverdi qızı (1930-1992)
Səlimova Tamilə Ağamalı qızı (1936-1992) itkin
Səmədov Gündüz Hidayət oğlu (1957-1992)
Səmədov Həmid Bəylər oğlu (1958-1992)
Səmədov Taryel Bəylər oğlu (1964-1992)
Süleymanova Nübar Lələkişi qızı (1953) qətl Ardı »

Azərbaycanlı sülalələrSultan Murad mirzə Qovanlı-Qacar

Həyatı[redaktə]
Abbas mirzənin оnüçüncü оğlu Sultanmurad mirzə 1822-ci ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Qоşun başçısı idi. Xоrasana vali təyin оlmuşdu. Həsən xan Saların fitnəsini dəf еdəndən sоnra, 1850-ci ildə Hüsaməssəltənə ləqəbini aldı.

Sultan Murad mirzə Qovanlı-Qacar 1882-ci ildə vəfat edib.

Ailəsi[redaktə]
Sultanmurad mirzənin Əbunəsr mirzə, Əbülfət mirzə adlı оğulları vardı. Ardı »

Azərbaycanlı sülalələrKarnal döyüşü - Müharibənin başlanması

Nadirin qoşunları müqavimət görmədən Karnala (Dehlinin şimal-qərbində) qədər gəlib çıxır və 1739-cu ilin 24 fevralında Böyük Moğol imperiyasının hökmdarı Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur. Böyük Moğol imperiyası üzərinə pula altı milyon rupilik xərac qoyulur. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi Kəlata aparılır və Nadir qəniməti ölənəcən burada saxlayır. Əvvələr qayda belə idi ki, qiymətli daşlar qızılbaşlar arasında bölüşdürülürdü, Nadir bu dəfə həmin qaydanı pozur və daş-qaşı özünə götürür. Bu da döyüşçülər arasında narazılıq doğurur. Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan «kuhi-nur» («nur dağı») adlanan daş da vardı. Başqa məşhur Ardı »