1805-ci ilin 14 mayında (Kürəkçay müqaviləsi) İbrahimxəlil xan Cavanşir mövcud şəraitlə əlaqədar olaraq Rusiyanın hakimiyyətini qəbul etdi. Bu xəbər tezliklə Fətəli şahın qulağına çatdı.
Bir tarixi mənbədə yazılır ki, Abbas Mirzənin göstərişi ilə Ismayıl bəy öz qoşunu ilə daha tez Araz çayına tərəf irəlilədi. Ismayıl bəy qabaqdan döyüşə girdi və az qalmışdı ki, məğlub olsun. Lakin Abbas mirzənin gəlişi ilə Iran qoşunları onları qovdu. Bu döyüş Cəbrayıllı bağlarında baş verdi və axşamçağı Məhəmmədhəsən ağa Şuşaya qayıtdı.
Tarixçi Mirzə Rəşid Ədibəşşüara bu yürüş haqqında yazır: "Urmiya hakimi Hüseynqulu xan Qasımlı Avşar qoşununun başında, Ismayıl xan Qacarla Gəncə və Tiflis yürüşlərinə qatılmışdı. Abbas mirzə onlara Ardı »