Qarabağ müharibəsi → Qarabağ üsyanı (1343-1356)
Qarabağ əmirləri 1343-cü ildən 1356-cı ilədək Elxanlı sultanlarına, əsasən də bu dövlətdə önəmli vəzifələr daşıyan çobanlı (sulduz) əmirlərinə qarşı ayaqlanmışdılar. 1343-cü ildə Qarabağ əmirləri Hacı Həmzə, Mülayim, Həsən Çobani Axtaçı və Hüseyn Ənbuğa Süleyman xana itaət etməkdən boyun qaçırır, özlərinə "Ulus əmirliyi" verilməsini tələb edirlər və məqsədlərinə nail olurlar. Qəddar çobanlı əmiri Məlik Əşrəf Sulduz 1344-cü ildə Ənuşirəvanı padşah elan edir və Qarabağda qarətçiliklə məşğul olur. 1345-ci ildə Qarabağda Şirvanşah Kavusla Məlik Əşrəfin görüşü olur. Kavus Azərbaycandakı vəziyyəti nizamlamaq məqsədilə danışıqlar aparmaq üçün Qarabağa gəlir, lakin Məlik Əşrəfin qəddarlığının, yersiz cəzalarının şahidi olub geri qayıdır və bununla da, tərəflər arasındakı münaqişələr Ardı »