Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ müharibəsiQarabağ müharibəsi

Qarabağ müharibəsi — 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaf. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin dəvamı olmuşdur.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır. Ardı »

Qarabağ müharibəsiQarabağ müharibəsi Nəticə

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.

1988-1993-cü illərdə işğal edilmiş Azərbaycannın 12246.6 km² ərazisi işğal edilmişdir:
26 noyabr 1991-ci il tarixinədək olan inzibati ərazi bölgüsünə əsasən:
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının İliç rayonunun Kərki kəndi (19 km²) – 18-19 yanvar 1990-cı ildə işğal olunmuşdur.
Qazax rayonuna daxil olan 7 kənd işğal olunmuşdur: işğal tarixi – 24 mart 1990-cı il-14 iyun 1992-ci il, işğal olunan ərazi 77 km².
Dağlıq Qarabağ MV: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4388 km². (Şuşa rayonu-289 km², Xankəndi şəhəri-8 km², Əsgəran rayonu-928 km², Xocavənd rayonu-779 km², Ağdərə rayonu-1705 km², Ardı »

Qarabağ müharibəsiQarabağ müharibəsi dövründə əsir düşmüş və girov götürülmüş azərbaycanlılar

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında mövcud olan məlumatlara əsasən, 1335 nəfər, o cümlədən 129 uşaq, 312 qadın, 246 qoca erməni əsir və girovluğundan azad edilib, təcavüz nəticəsində 4868 nəfər, o cümlədən 55 uşaq, 326 qadın, 410 qoca itkin düşüb. (Statistika 01.04.04 tarixədir.)

Azərbaycan tərəfində olan təkzibolunmaz faktlar göstərir ki, ən azı 783 vətəndaşımız ermənilər tərəfindən əsir, yaxud girov götürülüb, lakin bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən BQXK-dan gizlədilib. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilib. Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət əsir və girov götürülmüş şəxslərin azad edilməsi, Ardı »

Qarabağ müharibəsiXocalı soyqırımı

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi iləazərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan bir çoxu əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verildi. Ardı »

Qarabağ müharibəsiAzərbaycan Ordusunun 1992-ci il yay əməliyyatları

1992-ci ilə qədər Ermənistan Respublikasının milli ordusu var ikən Azərbaycan hakimiyyətinin milli ordu işinə soyuq baxması nəticəsində ermənilər Azərbaycan torpaqlarının %5-ini işğal etmişdir. 1 iyun 1992-ci ildə Elçibəy prezident seçilmiş və bu ərəfədə Azərbaycan ordusu hücuma keçmişdir. 1992-ci ilin 12 iyununda Şaumyan(?),7 iyulda Ağdərə olmaq üzrə işğal edilmiş torpaqların %3,5-i geri alınmışdır. Ardı »