Ümumi → Mannada Dövlət strukturu
Mannada hökmdarlıq təsilatı irsi imiş. Bir-birinin ardınca hökmdarlıq edən Aza və Ullusunu İranzunun oğulları idilər. Aşşur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanı onun oğlu Ualli idarə edirdi.
Dövlətin başında irsi hakimiyyətə malik hökmdar dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü. Q. A. Melikişvilinin göstərdiyi kimi bu canişinlərın bəziləri hətta irsi hakimiyyətə malik olmuşlar. Mannada hökmdar hakimiyyəti, görünür, qeyri məhdudluğa doğru gedirdi; hər halda onlar sərbəst hakimiyyətə can atmışlar. Məhz bu, hökmdarın və onun yürütdüyü siyasətin tərəfdarları və əleyhdarları arasında daimi mübarizəyə gətirib çıxarmışdır. Manna siyasət kursunu dəyişmək üçün sui-qəsdlər edilir, mövcud hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar Ardı »