Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixiTarixi liderlərimiz - Cavanşir (hakimiyyət illəri: 642-681)

Tarixi liderlər tarixi proseslərə təsir göstərə biləcək gücdə olan, cəmiyyətdə baş verən hər hansı hadisədə uğur qazanmaq üçün kütləni öz ardınca apara biləcək şəxslərdir. Hər bir ölkə dünya tarixindəki önəmli yerinə görə öz tarixi liderlərinə borcludur. Ta qədimdən yüksək dövlətçilik mədəniyyətinə malik olan Azərbaycanda da zaman-zaman vətən tarixinə adını əbədi həkk etdirən liderlər yetişib.
Cavanşir Albaniyada hakimiyyətdə olan Mehranilər sülaləsinin ən qüdrətli hökmdarlarından biri olmuşdur. O, Sasanilərlə birlikdə ərəblərə qarşı 636-cı ildə baş vermiş Kadisiyə döyüşündə öz sərkərdəlik məharətini göstərmiş və ona Sasani hökmdarı tərəfindən bir çox dəyərli hədiyyələr verilmişdir. 651 ci ildə Sasanilər dövləti ərəblər tərəfindən süqutq uğradıldığı bir dövrdə Albaniya Ardı »

Azərbaycan tarixiAzərbaycan ordusu

Azərbaycan Respublikası Hərbi İdarəsinin 1919-cu il sentyabr ayının 21-də verdiyi digər bir əmrdə isə deyilirdi: “Azərbaycan hökumətinin 1918-ci il iyunun 27-də Dövlət dili haqqında qəbul etdiyi qərara əsasən ölkə ərazisində, o cümlədən hərbi hissələrdə yazışmalarda türk dilindən istifadə edilsin. Bu məqsədlə mərkəzi Bakı şəhərində yerləşən Baş qərargahda zabitlərin türk dilini öyrənməsi məqsədilə iki mərhələli axşam kursları açılıb. Birinci mərhələ türk dilini tamamilə bilməyən hərbçilər üçün nəzərdə tutulub. İkinci mərhələdə isə türk dilini şifahi şəkildə bilənlər, ancaq onun yazılı qanun-qaydalarından, türk ədəbiyyatından və türk tarixindən xəbərdar olmayanlar savadlarını artırmalıdırlar... Hərbi nazir arzu edir ki, türk dilini bilməyən, ancaq Azərbaycan ordusunda hərbi xidmət Ardı »

Azərbaycan tarixiTarixi liderlərimiz - Şeyx İbrahim Dərbəndi (hakimiyyət illəri: 1382-1417)

Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. Şeyx İbrahim görkəmli siyasi xadim olmuşdur. O, Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi bir dövrdə hökmdarlıq etmişdir. Teymur Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını və Şirvanın viran ediləcəyini başa düşən Şeyx İbrahim Teymura itaət göstərərək ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı. İbrahimin müdrik siyasəti Şirvanı fəlakətdən xilas etdi, bundan əlavə də Şeyx İbrahimin apardığı uğurlu diplomatik siyasətin nəticəsidir ki sonrakı dövrlərdə Teymur məhz onun xahişi ilə Şəki hakimi Seydi Ardı »

Azərbaycan tarixiTarixi liderlərimiz - Şəmsəddin Eldəniz (hakimiyyət illəri: 1136-1175)

Eldənizlər dövlətinin qurucusu olmuş və Qafqaz dağlarından İran körfəzinə qədər geniş bir ərazini öz hakimiyyəti altında cəmləşdirmişdir. Eldənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Şəmsəddin Eldəniz 2 əsrdən çox ölkəmizə ardı-arası kəsilməyən yürüşlər edən gürcü knyazlarına qarşı uğurlu mübarizə apararaq 1175-ci ildə gürcüləri məğlub etdikdən sonra qərb sərhədlərində vəziyyət sabitləşmiş, köhnə sərhədlər bərpa olunmuşdur. Ardı »

Azərbaycan tarixiAzərbaycanda hərbi rütbələr

Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Azərbaycanda ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələrin verilməsi bir qayda olaraq, növbəlik qaydasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun olaraq həyata keçirilir Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları əlavə edilir. Tibb xidməti, ədliyyə zabitlərinin və generallarının Ardı »

Azərbaycan tarixiAzərbaycan tarixi (ümumi)

Azərbaycan hərb sənətinin tarixi çox qədimdir. Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816-837-ci illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğalçılarının 6 ordusunu darmadağın etmişdi. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olmuşdu.

Qədim və mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər, Ardı »

Azərbaycan tarixiTarixi liderlərimiz - Qubali Fətəli xan (hakimiyyət illəri: 1758-1789)

Nadir şah Əfşarın ölümündən sonra Qubalı Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın tarixi lideri kimi tanınmışdır. O, Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmış, ittifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur olmuş və 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etmişdir. Otuz illik silahlı mübarizədən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail oldu. Ardı »

Azərbaycan tarixiTarixi liderlərimiz - Şah İsmayıl Xətai (hakimiyyət illəri: 1501-1524)

1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edərək paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsasını qoymuşdur. Onun dövründə Azərbaycan türkcəsi ana dili kimi qəbul edilmiş və əsas yazışmalar rəsmi səviyyədə bu dildə aparılmışdır. Bütün əraziləri özündə birləşdirərək böyük bir dövlət yaratmağa hələ hakimiyyətinin ilk illərində nail olan Şah İsmayıl İran, İraq, Şərqi Anadolunu və Gürcüstanı özünə tabe etdirərək Səfəvilər dövlətini Yaxın Şərqdə qüdrətli dövlətə çevirmiş, onun ərazisini 2 milyon 800 min kvadrat kilometrə çatdırdı. Ardı »