Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi liderlərimiz - Şah İsmayıl Xətai (hakimiyyət illəri: 1501-1524)

1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edərək paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsasını qoymuşdur. Onun dövründə Azərbaycan türkcəsi ana dili kimi qəbul edilmiş və əsas yazışmalar rəsmi səviyyədə bu dildə aparılmışdır. Bütün əraziləri özündə birləşdirərək böyük bir dövlət yaratmağa hələ hakimiyyətinin ilk illərində nail olan Şah İsmayıl İran, İraq, Şərqi Anadolunu və Gürcüstanı özünə tabe etdirərək Səfəvilər dövlətini Yaxın Şərqdə qüdrətli dövlətə çevirmiş, onun ərazisini 2 milyon 800 min kvadrat kilometrə çatdırdı.


Tarix: 06.01.2015 / 17:42 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Azərbaycan tarixi
loading...