Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixiTarixi liderlərimiz - Nadir şah Əfşar (hakimiyyət illəri: 1736-1747)

Nadir şah hаkimiyyətə gəlməsi ilə ölkə dаxilində türk tаyfаlаrının bir dövlət hаlındа birləşməsinə nаil оlmuş, yaranmış məzhəb ayrılığının qarşısının alınmasında müstəsna xidmətlər göstərmiş, hərbi sаhəni yеniləşdirmiş və möhkəmləndirmişdir. Nadir Şah, 1736-cı ildə hakimiyyətə gələn kimi Qəndəhаr və Pişəvаrı kеçib, Аttоk və Cəlum çаylаrını аdlаyıb 1738-ci ildə Lаhоru fəth etmişdir. O, 1739-cu ildə Dеhlini də öz hakimiyyəti altına almış və bеləliklə, İraqdаn, Dəmirqapı Dərbənddən Kəşmir və Dеhliyədək geniş bir əraziyə sahib olmuşdur. Nadir Şah sаysız vаrdаn, kаrvаnlа yüklənmiş dаş-qаşdаn bаşqа 3 milyаrd hind gümüş rupisi ilə gеri qаyıtmışdır. Osmanlı və Rusiya ilə müqavilələr imzalayaraq ölkədə sabitliyi qısa bir müddətə də olsa bərpa Ardı »

Azərbaycan tarixiTarixi liderlərimiz - Uzun Həsən (hakimiyyət illəri: 1468-1478)

1468-ci ildə Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. Uzun Həsənin tolerantlığı - başqa məzhəbə və dinlərə etiqad edən əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı ölkədə sabitləşdirici rol oynamışdır. Uzun Həsən Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlamışdır.

Uzun Həsən ordunu təkmilləşdirmək və nizami ordu yaratmaq məqsədilə Avropadan mütəxəssislər də çağırmışdır. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün Uzun Həsənə köməklik göstərmişlər. Bununla da ölkədə top istehsalına başlanılmış, topçu kadrlar hazırlanmasının əsası qoyulmuşdur. Ardı »

Azərbaycan tarixiTarixi liderlərimiz - Şah I Abbas (hakimiyyət illəri: 1587-1629)

Şah I Abbasın hakimiyyətə gəldiyi zamanlar Azərbaycan, demək olar ki, bütünlüklə (Hazırkı cənub bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmişdi. Şah I Abbas sülh bağladıqdan sonra keçirdiyi islahatlarla tarixi liderlik statusu qazandı. Qeyri türklər, əsasən də farslar üzərində hakimiyyəti möhkəmləndirmək üçün paytaxtı 1598-ci ildə onların sıx yaşadığı İsfahan köçürdü. Ordunu yenidən təşkil etdi. Belə ki orduda qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamlar adlanan birliklər yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi. 1612-ci il Sərab və 1618-ci il Mərənd sülh müqavilələri ilə yenidən Səfəvilər dövlətinin əvvəlki sərhədlərini bərpa etməyə nail oldu və Portuqaliyalıları 1620-ci ildə Hörmüzdən çıxarmaqla müstəqilliyə Ardı »

Azərbaycan tarixiTarixi liderlərimiz - Fətəli xan Əfşar (hakimiyyət illəri: 1747-1763)

XVIII əsrin ortalarında Urmiya xanlığının əsasını qoymuş və Azərbaycanın bütövləşməsi uğrunda öz səylərini göstərmişdir. 1759-cu ildə Qarabağ xanlığını tutmaqla Urmiya xanlığının güclənməsinə şərait yaratmışdır. Nəticədə Urmiya, Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqları, yəni Ərdəbil və Maku xanlıqları istisna olmaqla bütün Cənubi Azərbaycan xanlıqlarını birləşdirməklə tarixi liderlik missiyasını həyata keçirmişdir. Ölkənin paytaxtı əvvəllər Urmiya, sonralar isə Tərbriz şəhəri olmuşdur. Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana da yaya bilmişdir. Ardı »

Azərbaycan tarixiTarixi liderlərimiz - Babək (ərəb əsarətinə qarşı azadlıq mübarizəsinin başçısı: 816-838)

Babək Xürrəmi Azərbaycanda milli-azadlıq hərəkatının simvolu, görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi olmuşdur. Məhz Babəkin liderlik xüsusiyyətinin göstəricisidir ki, onun hərəkatın rəhbərliyini əlinə aldığı ilk zamanlardan Xürrəmilər hərəkatı özünün ən yüksək inkişafsəviyyəsinə çatdı. 819-cu ildə paytaxtın Xorasandan Bağdada köçməsi xürrəmilər hərəkatının yenidən çiçəklənməsindən və xilafəti xeyli qorxuya salmasından xəbər verir. Orta əsr mənbələrinin məlumatına görə, bu dövr ərzində xürrəmilər qarşı tərəfin 225500 nəfər əsgər və çoxlu sərkərdəsini məhv etmişlər. Babəkin təkcə sərkərdə kimi deyil, həm də bir siyasi xadim olaraq istedadı hərəkatın məğlub olduğu ərəfədə Bizans imperatoru ilə apardığı danışıqlarda da öz əksini tapmışdır. Bu hərəkat qüdrətli Abbasilər dövlətinin ayrı-ayrı dövlətlərə Ardı »

Azərbaycan tarixiTarixi liderlərimiz - Cavad xan (hakimiyyət illəri: 1786-1804)

Gəncə xanlığının son hakimi olmuşdur. Hələ hakimiyyətinin ilk illərində Nadirin verdiyi Şəmşəddil mahalını geri qaytarmışdır. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilə qədər Rusiya təbbəliyini qəbul etməmiş və xanlığın azadlığı uğrunda mübarizə aparmış və yalnız yanvarın 3-dən 4-nə keçən gecə general L. Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Ardı »

Azərbaycan tarixiİkinci Dünya müharibəsi

1939-1945-ci illərdə İkinci Dünya müharibəsinin gedişi, nəticələri həqiqəti bir daha təsdiqlədi. Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət göstərdi. Həmin dövrdə Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. İkinci Dünya müharibəsi cəbhələrində general Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov və başqa qəhrəman övladları şücaət və mərdlik göstərmişdirlər. Onların qəhrəmanlığı sayəsində Azərbaycanın şanlı hərb tarixi ənənələri XX əsrdə də uğurla davam etdirildi.

Müharibədən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi.Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik Ardı »