Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi liderlərimiz - Şeyx İbrahim Dərbəndi (hakimiyyət illəri: 1382-1417)

Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. Şeyx İbrahim görkəmli siyasi xadim olmuşdur. O, Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi bir dövrdə hökmdarlıq etmişdir. Teymur Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını və Şirvanın viran ediləcəyini başa düşən Şeyx İbrahim Teymura itaət göstərərək ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı. İbrahimin müdrik siyasəti Şirvanı fəlakətdən xilas etdi, bundan əlavə də Şeyx İbrahimin apardığı uğurlu diplomatik siyasətin nəticəsidir ki sonrakı dövrlərdə Teymur məhz onun xahişi ilə Şəki hakimi Seydi Əhməd və gürcü hökmdarı Georgiyə zamin durduqdan sonra onları bağışladı. 1406-cı ildə Təbrizdə hakimiyyət daxili iğtişaşlardan istifadə edən və Teymurilərin asılılığından çıxmış Şeyx İbrahim öz qoşunları ilə Təbrizə doğru hərəkət etdi və əraziləri bir dövlətədə birləşdirmək məqsədilə Cənubi Azərbaycanı ilhaq etməyə can atdı. O, müəyyən mənada buna nail olaraq kiçik bir zaman kəsiyində də olsa da istəyinə çatdı.


Tarix: 06.01.2015 / 17:41 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Azərbaycan tarixi
loading...