Internet Yenilikleri → Ən guclu komputer hazırlanır
ABŞ Energetika Nazirliyi iki yeni superkompüterin tikilməsinə 325 milyon dollar ayırmağı planlaşdırır.
Kompüterlərdən biri perspektivdə (əlavə maliyyələşmə şərti ilə) 300 petaflops gücünə çata bilər. 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan hər iki sistemin baza gücü 150 petaflops təşkil edəcək.
Məlumat üçün bildirək ki, Çinin dünyanın ən güclü Tianhe 2 superkompüteri 34 petaflops məhsuldarlığa malikdir.
, iki superkompüterin Summit adlı birincisi Okrinc Milli Laboratoriyasında, Sierra adlandırılan digəri Lourens adına Livermor Laboratoriyasında inşa olunacaq. Qurğular IBM Power prosessoru və Nvidia şirkətinin Volta qrafik prosessorları ilə işləyəcək. Məhz Volta yeni sistemlərin hesablama gücünün 90 faizini təmin edəcək. Bu halda enerjidən səmərəli istifadə xeyli artacaq. Summit enerjidən hazırda Ardı »