Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəyə qulluqBu il körpələrə ən çox hansı adlar qoyulub?

2013- ci ilin birinci yarısında oğlan uşaqlarına qoyulan ən populyar adlar peyğəmbər və imam adları olub. Ədliyyə Nazirliyindən verilən məlumata görə, siyahıya liderliyi Yusif adı edir. Belə ki, bu il 146 oğlan uşağına məhz bu ad qoyulub. Yusif adı 2012-ci ildə 4011, 2011-cu ildə 2956 oğlan uşağına verilib.
Sonraki sırada Hüseyn, Əli, Məhəmməd, Ömər adları yer alır. İlk onluqda Murad, Ayxan, Fərid, Tunar və Nihat adları da var.

Bu ilin qız adları sırasında isə 142 uşaqla Nuray adı liderlik edir. Ötən il Nuray adı ilə çağırılan qızların sayı 3497, 2011-cu ildə isə 3010 nəfər olub. Ən populyar qız adları sırasında ardıcıllıq Ardı »

Körpəyə qulluqKörpəniz necə rahat yatsın? Analar Oxusun

Körpələrin yuxuya yaxşı getməsi və tez ayılmaması üçün bəzi təkliflər var. Sizin övladınız yuxuya çətinliklə gedirsə diqqətli olun və təqdim edilən təklifləri dəyərləndirməyə çalışın.
Körpəni yatmazdan öncə onu doyunca yedirzdirin. Onun tox olduğuna əmin olmalısınız.
Altının təmiz olduğuna diqqət yetirin, əgər nəmlilik olarsa bu körpənin rahat yatmasına imkan verməyəcək.
Uşaqlar günorta yatmazlarsa gecə yuxusuna da bu öz təsirini göstərər. Bunun üçün də günortalar uşağı vaxtı vaxtında yatızdırın.
Körpənin otağında musiqili oyuncağın olması da gərəkdir. Amma bu elə səsli olmalıdır ki, onun yuxusunu qaçırtmasın.
Evdə olan səsi və işığı nəzarətdə saxlayın. Eyni səviyyədə olmasına fikir verin.
Normal yuxu üçün körpənin yatdığı yer də rahat və yumşaq olmalıdır.
Körpəni Ardı »

Körpəyə qulluqUşaqlar Üçün Ən Təhlükəli 30 Yemək

Amerikan Pediatri Akademiyası, xüsusilə uşaqlar üçün təhlükəli ola biləcək 30 yeməyi açıqladı:
1. SOSİSKA: Akademiya, 10 yaşından kiçik uşaqlardakı boğulma hadisələrinin yüzdə 17-inin sosiskadan qaynaqlandığını, sosiskalı buterbrodun xəbərdarlıqla satılması lazım olduğunu söyləyir.
2. FUGU BALIĞI: Kağız qədər incə dilimlər halında satılan fugu balığında tetrodoksin adlı, olduqca təsirli bir zəhər var. Bu balığı bişirən şeflər xüsusi təhsil alır.
3. ACKEE MEYVƏSİ: Qərbi Afrika və Jamaikada yetişən meyvə kəsildikdən sonra qabığının qırmızıya dönməsi gözlənilməzsə koma və ya ölümə yol aça bilir.
4. FISTIQ: Cəmi əhalinin yüzdə birinin fıstıq allergiyası var. Ölümlə nəticələnən allergiya hadisələrinin böyük hissəsi fıstıqdan qaynaqlanır.
5. YAŞILLIQ: İspanaq, roka, kahı, kələm, buruq salat kimi yaşıllıqların Ardı »

Körpəyə qulluqAna südü haqqında 10 yalan

Yeni ana olmuş təcrübəsiz xanımları ana südü və əmizdirmə mövzusunda əslində, doğru olmayan məlumatlarla yükləyən qohum, dost və tanışlar həmişə var.

Onlar sözsüz ki, bu məsləhətləri xoş niyyətlə verirlər və əmizdirmə ilə bağlı yarana biləcək problemlərdən qorumağa çalışırlar. Amma təəssüf ki, bu cür məsləhətlər nəinki yeni olan analara kömək edir, bəzi hallarda onlar üçün problem yaradır. Əgər körpənizi əmizdirməyi qərara almısınızsa, onda mənfi fikirlərə qapılmayın.

Süd gələnə qədər süni qida vermək lazımdır.Çox geniş yayılmış səhv məlumatlardan biri doğuşdan sonrakı 3-4 gün müddətində ananın döşlərində körpəni qidalandırmaq üçün lazımi miqdarda südün olmamasıdır. Həqiqətən də, bu dövrdə ananın döşlərində süd olmur. Lakin tərkibində ana südündən Ardı »

Körpəyə qulluqYeni Doğulmuş Körpə

Körpənin dünyaya gəldiyi anda atdığı ilk qışqırıqla ağciyərləri açılar və tənəffüs başlar. Zamanında doğan sağlam bir körpənin ağırlığı ümumiyyətlə 2 ilə 4 kq arasında dəyişər.
Erkən doğan körpələr isə ortalama 900 qr ağırlığındadır. Bu körpələr analarından süd əmə biləcək və mikroblara müqavimət göstərə biləcək vəziyyətə gələnə qədər "kuvöz" deyilən xüsusi bir cihaz içində baxıma alınar.
Yeni doğulmuş bir körpə göründüyü qədər gücsüz və çarəsiz deyil. ana məməsini ağızıyla möhkəmcə qavrayaraq süd əmə bilər; aclığını və narahatlığını bildirmək üçün var gücüylə ağlayıb qışqıra bilər. Səs-küy və ani hərəkətlər qarşısında qollarını, qıçlarını oynadaraq və bir şeyi tutmaq istəyərmiş kimi barmaqlarım bükərək ürkdüyünü göstərər. Ardı »

Körpəyə qulluqKörpələrin ağlama səbəblərinin sirri tapıldı

Üzün aldığı şəkilə görə körpələrin ağlama səbəbinin aydın ola biləcəyi bildirilir.
Məlumata görə İspaniyadakı Murcie Universitetinin bir sıra elm adamları, 3-18 aylıq 20-ə qədər körpənin ağlayarkən üzlərinin aldığı şəkli araşdırıb.
Körpələrin əsəbdən ağladığında gözlərinin açıq ya da batıq olduğu, baxışlarının isə dalğın olduğu görülüb.
Qorxu vəziyyətində isə gözlərinin daha çox açıldığı, bəzən başın geriyə yönəldiyi və gözlərin bir nöqtəyə fokuslanıldığı deyilir.
Ağrı vəziyyətində isə ağlayan körpələrin gözlərinin az qala bağlı olduğu və alınlarının yüngül qırışdığı məlumatda öz əksini tapıb.
Elm adamları, ağrısı olan və ya qorxan körpənin birdən gur səslə ağlamağa başladığını, əsəbi olduqda isə ağlama səsinin gedərək artdığını qeyd ediblər.
Ağlayan Ardı »

Körpəyə qulluqUşaq üç yaşınadək valideyni ilə yatmalıdır

Keyptaun Universitetinin əməkdaşı, professor Nils Berqmanın apardığı son tədqiqat pediatrların rəsmi mövqeyini dəyişdirə bilər.
Berqman bəyan edir ki, uşaq üç yaşınadək valideyni ilə yatmalıdır. Müşahidələr göstərir ki, anasının sinəsində yatan körpələr daha çox yatırlar. Bu zaman onların ürəyi stressə üç dəfə az məruz qalır, gələcəkdə isə onlar şəxsiyyətlərarası əlaqələri daha asan qura bilirlər.
Öz çarpayısında yatarkən körpənin beyni yuxunun iki tipi, yəni aktiv və sakit yuxu arasında daha az keçid edir. Bu keçid isə beynin normal inkişafı üçün vacibdir. Sonralar yuxu çatışmazlığı və stress səbəbindən uşaqda pis davranış da istisna edilmir.
Ekspertin fikrincə, körpələr üçün həyatın ilk həftələrində ideal vəziyyət ananın sinəsində yatmaqdır. Ardı »

Körpəyə qulluqKörpə nə üçün ağlayır?

Ağlayan körpəyə yaxınlaşın. Uşağın çox möhkəm bələnmədiyinə , ona isti və ya soyuq olmadığına , gözünə gur işıq düşmədiyinə əmin olun. Bəlkə də körpənin oyanmasına səbəb hər hansı səsdir (televizor , zəng , maşın səsi və s.). Yaxud da yeməkdən sonra körpənin bezini dəyişmək yaddan çıxıb. Bəlkə onu yedizdirmək vaxtı artıq yetişmişdir. Fikirləşin körpənin gün ərzində hər şeyi ( yeməyi Ardı »