Körpəyə qulluq → Anaların ən yaxşı bildiyi 20 şey
Dostları araşdırma mərkəzi
Kimlə görüşüb-görüşmədiyimizi, kimdən zərər gəlib-gəlməyəcəyini hardan bilirlər? Altıncı hissləri güclü olan analarımız daima dost çevrəmizi nəzarət altında saxlamaq istəyirlər.
Anamız "usta aşpaz”dır!
Hansı şef-aşpaz anamızın yeməklərindən dadlı yemək bişirə bilər? Hələ yeni evlənən oğlanlar sevgililərinə: "Anam bunu daha dadlı bişirirdi, bəlkə yeməyin reseptini ondan götürəsən?” deməsi əsl fəlakətdir.
Analar "axtarış” sistemi kimi
10 saat axtarıb tapa bilmədiyimiz köynəyi, corabı, saatı analar əlləri ilə qoymuş kimi tez tapır. "Necə tapdın?” sualı mənasızdır, onlar bu işdə mahirdirlər.
Vaxtında yuxudan durmaq
Əgər səhər tezdən durmalısınızsa, zəngli saatı qurmaq boş şeydir. Çünki zəngi susdurub "5 dəqiqə də yatım, duracam”, — deyib yenidən yatacaqsınız. Bircə ananıza "Məni 7-də oyada bilərsən?” Ardı »