Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsəl sağlamlıqTelevizor kişilərdə ereksiya probleminə səbəb olur

ABŞ-da 31 742 kişi üzərində aparılan 14 illik bir tədqiqatda həftədə 20 saatdan çox televizor izləməyin kişilərdə ereksiya probleminə yol açdığı müəyyən olunmuşdur. Həddən artıq televizor qarşısında qalan zaman fiziki fəaliyyətin azalması bununla yanaşı digər vaxtlara nisbətən siqaretdən dah çox istifadə etmək, stress, kökəlmə kimi hallar baş verir və bütün bunlar da öz növbəsində kişilərin cinsi həyatına mənfi təsirini göstərir.
Ürəyə təsir edən hər bir hadisə cinsi sağlamlığa da təsir etdiyini bildirən həkimlər efirdə verilən bəzi xəbərlər, reklam gərginliyi və s. bu kimi halların da cinsi həyata təsir etdiyini vurğulayır. Ardı »

Cinsəl sağlamlıqStress cinsi sağlamlığa mənfi təsir edir

Britaniya alimlərinə görə, ölkə vətəndaşlarının həyatında stres əmsalı artdıqca onların sekslə məşğul olmaq həvəsi azalır.

"Lancet" elmi dərgisində dərc edilmiş rəy sorğusunun nəticələrinə əsasən, son illərdə ölkə vətəndaşlarının üzləşdiyi maliyyə problemləri və eləcə də sosial şəbəkələrə aludəçilik onların seksual həvəsinin azalmasına gətirib.
15 min britaniyalının iştirak etdiyi rəy sorğusunun nəticəsinə görə, 16-44 yaş həddində insanlar sekslə ayda 5 dəfədən az məşqul olur.

1990-91 və 1999-2001-ci illərdə keçirilmiş sorğunun nəticələrinin müqayisəsi son illərdə britaniyalıların seksual həvəsinin azaldığını təsdiq edir.
10-20 il bundan əvvəl britaniyalılar orta hesabla sekslə ayda 6 dəfədən artıq məşğul olurdular.

Ekspertlərin qənaətincə, müasir həyat tərzinin stresi və sosial şəbəkələr, smartfon, tablet kimi cihazlar britaniyalıların Ardı »

Cinsəl sağlamlıqBakirəlik və qızlıq pərdəsinin bərpası...

Cəmiyyətimizdə ən çox önəm verilən məsələlərdən biri bakirəlik məsələsidir bu mövzu əsasən islam ölkələrində daha da aktualdır və daima gündəmdədir.
Qızlıq pərdəsi nədir? Tibbdə hymen adı verilən qadın cinsiyyət orqanının 1-1,5 sm içərisində girişdə mövcud olan bu pərdə vasitəsi ilə qızların bakirə olub olmadığı müəyyən olunur. Pərdənin tam olması bakirəliyin işarəsidir. Lakin bu pərdə cinsi əlaqədə olmadan da hər hası bir sürtünmə və ya hərəkət zamanı da zədələnə bilər. Hətta ilk cinsi əlaqədən sonra qanamanın olmaması mümkündür ki, bunun da səbəbi pərdənin yerləşmə mövqeyindən asılıdır.
Qızlıq pərdəsini tikmək mümkündürmü - bu proses tibbdə hymenoplastika adlanır. Bu əməliyyatdan sonra ilk cinsi əlaqə zamanı qanamanın Ardı »

Cinsəl sağlamlıqErkən boşalma probleminin həlli

Məlumata görə erkən boşalmaya qarşı yaradılan sprey bu istiqamətdə yaranacaq problemlərin qarşısını almağa kömək edecək. Həmin spreyi 90-cı illərin həb yaradıcılarından hesab olunan Dr. Mike Vyllie-in hazırladığı bildirilir.
Verilən məlumatda oda bildirilir ki, Avropa Dərman Agentliyinin təsdiqlədiyi sprey gələn il Avropa bazarlarına çıxarılacaq.
Vyllie, sprey üzərində edilən sınaqlarda kişilərin tam beş qat daha gec ereksiyaya çatdığını müəyyən etdiklərini bildirir.
Onun sözlərinə görə erkən boşalma yalnız xəstəni maraqlandıran problem deyil, o cinsi əlaqə zamanı qarşı tərəfə təsir edir və əlaqələri korlayır.
Bundan əlavə o, spreyin xüsusiyyətləri haqqında danışıb və bildirib ki, spreyi 2 dəfə aşağı dozada sıxmaq kifayətdir.
Həmin sprey 5 dəqiqə sonra təsirini Ardı »

Cinsəl sağlamlıqKetçup prostat xərçənginin qarşısını alır

Araşdırma nəticəsində məlum olub ki, ketçup, tomat və pomidor prostat xərçənginin qarşısını alır.

Mütəxəssislər ketçup, tomat və pomidor sousunun prostat xərçənginin qarşısını aldığını bildirib. Eyni zamanda prostat xərçənginin müalicəsi zamanı, müalicənin müsbət istiqamətdə inkişafına kömək edir.

Mütəxəssislər, likopenin pomidorun qırmızı rəngdə olmasını təmin edən molekul olduğunu bildirib. Lokopen pomidor, qarpız və qreyfurta qırmızı rəng verir. Araşdırmalara görə, likopen prostat xərçənginin qarşısını almaq qabiliyyətinə malikdir. Tərkibində likopenin ən çox olduğu qidalar isə, tomat pastası, ketçup və pomidor sousudur. Çünki pomidor bişirildiyi üçün, lokopen faizi çoxalır. Buna görə də bu qidalar prostat xərçənginin qarşısını alır.

Prostat xərçənginə erkən diaqnoz qoyulduğu zaman əməliyyatla müalicə olunduğunu deyən mütəxəssislər: Ardı »

Cinsəl sağlamlıqHipoqonadizm

Cinsiyyət hormonu olan testosteron kişilərdə təxminən 10 qat çoxdur. Bu hormon səs qalınlaşması, cinsi istək, sperma istehsalı, tüklənmə kimi bir çox bioloji fəaliyyətləri reallaşdırır. Həmçinin sümük və əzələ kütləsinə yaxşı təsir göstərir.
Lakin, testosteron hormonları başda yaş olmaq üzrə müxtəlif səbəblərlə azalmağa başlayır (hipoqonadizm). Əgər lazım olan səviyyədən aşağı düşərsə bəzi narahatlıqlar yaradır. Bu narahatlıqlara cinsi istəksizlik problemləri (libidonun azalması), aqressivlik, sümük və əzələ problemləri, sperma istehsalının azalması, 2-ci tip şəkər xəstəliyi də aid edilir.
Sümük və əzələ problemləri
Kişilərdə testosteron hormon səviyyəsi yeniyetmə və gənclik dövrlərində (20-li yaşlarda) yüksək səviyyədə olur. Zamanla azalmağa başlayır.
Sümük və əzələdə böyük rol oynayan testosteron səviyyəsi Ardı »

Cinsəl sağlamlıqSarı cisim və onun funksiyaları

Sarı cisim hamiləliyin baş tutması və normal inkişafı üçün çox vacib olan müvəqqəti vəzdir.
Ovulyasiya zamanı follikulun qışaları yırtılır və yumurta hüceyrəsi yumurtalıqdan qarın boşluğuna çıxır. Yumurtalıqda qalan yırtılmış follikulun qışaları isə yığılır və onun içəri qatını örtən hüceyrələr sürətlə bölünməyə başlayır.
USM zamanı yumurtalıqda sarı cisimin izlənməsi ovulyasiyanın baş verməsinin əlaməti sayılır. Lakin bəzi hallarda sarı cisimin əmələ gəlməsi ovulyasiyasız da baş verə bilər.
Sarı cisimin əsas fəzifəsi hamiləliyin saxlanması və inkişafı üçün lazım olan hormonların istehsal etməkdən ibarətdir. Belə ki, sarı cisim proqesteron ("hamiləlik hormonu") və həmçinin androgenlər, estrogenlər, oksitosin, relaksin, ingibin kimi hormonları istehsal edir.
Sarı cisim hər ovulyasiyadan sonra yumurtalıqda əmələ Ardı »

Cinsəl sağlamlıqBoru sonsuzluğu

Uşaqlıq borularının keçiriciliyinin pozulması sonsuzluğa səbəb olan amillərin arasında əsas yerlərdən birini tutur.
Uşaqlıq boruların funksiyaları çox mühümdür. Ovulyasiya olduqdan sonra yetişmiş yumurta hüceyrəsi yumurtalığı tərk edir. Bu zaman yumurtalığa yaxın yerləşən uşaqlıq borularının saçaqlı çıxıntıları - fibriyalar - öz hərəkətləri ilə yumurta hüceyrəsini uşaqlıq borusuna qovur. Daha sonra yumurta hüceyrəsi uşaqlıq borusunun daxili divarlarını örtən kiçik kipriciklərin hərəkətləri ilə uşaqlıq borusunun ampulyar hissəsinə çatdırılır. Burada spermatozoidlər olduqda mayalanma baş verir. Spermatozoidin və yumurta hüceyrəsinin birləşməsindən əmələ gələn yeni hüceyrə uşaqlıq borusunun vasitəsilə uşaqlıq boşluğuna çatdırılır. Beləliklə, uşaqlıq borusu çox vacib "nəqliyyat" funksiyasını yerinə yetirir. Əgər bu prosesdə cüzi də Ardı »